Useyn Bolt “Mançester Yunayted”də oynamaq istəyir
2012-ci il London Yay Olimpiya Oyunlarında dünyanın ən sürətli insanı titulunu təsdiqləyən yamaykalı sprinter Useyn Bolt İngiltərə “Mançester Yunayted”ində oynamaq istədiyini açıqlayıb. Lent.az-ın məlumatına görə, özünəməxsus yumor hissinə malik atlet gələcək planları ilə bağlı sualı cavablandırarkən belə deyib.
Mətbuat vasitəsilə “qırmızı şeytanlar”ın baş məşqçisi Aleks Ferqyusona müraciət edən 25 yaşlı idmançı istedadını futbol meydanında göstərmək istədiyini bildirib: “Mən daha bir neçə gün Böyük Britaniyada olacağam. Ferqyuson əlaqə saxlamaq istəsə, məni harada axtarmalı olduğunu bilir”.
Britaniyalılar bu açıqlamanı növbəti zarafat kimi qəbul ediblər və onun təklifinə cavab olaraq, komandada “9.63” nömrəli formanı verməyi təklif ediblər. Atlet London olimpiadasında 100 metr məsafəni məhz bu müddətə qət edib.
Qeyd edək ki, Useyn Bolt 2009-cu ildə “Mançester Yunayted”in düşərgəsində olub və futbolçulara sürətli qaçış üzrə bir sıra göstərişlər verib.

529