Temuri Ketsbaya: “Azərbaycanda oynayanlardan da yaxşı futbolçularımız var” - MÜSAHİBƏ
Futbol üzrə Gürcüstan milli komandasının baş məşqçisi Temuri Ketsbayanın Lent.az-a eksklüziv müsahibəsi
- 2014-cü il dünya çempionatının seçmə mərhələsində çıxış edəcəyiniz qrupu necə dəyərləndirərdiniz?
- Prinsipcə, çətin qrupa düşmüşük. Güclü rəqiblərimiz var. Təkcə onu demək kifayətdir ki, İspaniya kimi rəqiblə eyni qrupda yer alırıq. Bura Fransanı da əlavə etsək, real mənzərəni görərik. Belarus və Finlandiya da hədiyyə deyil. Ona görə də çox çətin seçmə qrup mərhələsində oynamalı olacağıq.
- Bəs ötən tsikldəki çıxışınızı necə dəyərləndirirsiniz?
- 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsinə yaxşı başlamışdıq. Amma sonadək çatdıra bilmədik. Qalib gəlməli olduğumuz oyunun nəticəsi bizim buna hazır olmadığımızı göstərdi. Ümumiyyətlə, 4 il öncə düşdüyümüz qrupda pis çıxışdan sonra demişdim ki, ilk 2 yeri tuta bilməmək də sevindirici sayıla bilməz. Baxmayaraq ki, son seçmə tsikli 2 qələbə, 4 heç-heçə ilə 5-ci pillədə başa vurmuşuq. Ona görə də buraxdığımız səhvlərdən nəticə çıxararaq, komandamızı dünya çempionatının seçmə qrup mərhələsinə hazırlamalıyıq.
- Bəlkə Azərbaycan Premyer Liqasında çıxış edən gürcüstanlı futbolçular köməyinizə gələ bilərdi?
- Xeyr, çempionatınızda oynayanlardan daha yaxşı futbolçularımız var. Heyətdəkilər özlərini yaxşı tərəfdən göstərməyi bacarmışdılar. Hazırda yığmamızda daha yaxşı futbolçular var. Baxarıq, kim daha şanslı, daha layiqli olsa, o da oynayacaq.
- Azərbaycan çempionatını izləyirsiniz?
- Bəli, hamısını izləyirik. Bütün gürcü futbolçular barədə informasiyamız var.
- Avqustun 15-də Lüksemburqla keçirəcəyiniz yoldaşlıq görüşünə onlardan kimisə dəvət etmək fikriniz var?
- Qarşıdakı oyunumuza Azərbaycandan yalnız Georgi Popxadzeni çağıracağam. Ölkənizdə çıxış edən digər gürcüstanlı futbolçular yığmamıza kömək etməyə hazır olduqlarını nümayiş etdirsələr, əlbəttə, dəvət edəcəyik.
- Bakının “İnter” komandasında xeyli gürcü legioner çıxış edir. Onların oyunlarını izləmisiniz?
- Onlar millimizdə çıxış etmirlər. Başqaları oynayırlar. Yığma komanda belə qurulur. Hazırda çoxlu gürcü futbolçu var ki, onlardan Azərbaycan çempionatında da, Ukraynada da, Rusiyada da oynayanlar var. Hamısını dəvət edə bilmərik. Ən yaxşılarını götürürük. Hazırkı anda avqustda keçirəcəyimiz yoldaşlıq görüşünə ən yaxşı formada olan futbolçuları çağırmışıq.
- Demək, Azərbaycan çempionatındakı gürcü legionerlərin səviyyəsi digər çempionatlardakılardan aşağıdır?
- Xeyr. Ölkənizdə elə legionerlərimiz var ki, yaxşı oynayırlar. Amma mənim üçün gürcüstanlı futbolçuların harada çıxış etmələrinin fərqi yoxdur. Yaxşı oynasalar, yığmada da yer alacaqlar. Hələlik bizi yalnız Popxadze qane edir. Görsək ki, yığmaya kömək etməyə qadir digər legionerlər də var, onlara da dəvət göndərəcəyik. Popxadze özünü yaxşı tərəfdən göstərsə, rəsmi oyunlara da çağıracağıq. İlk növbədə, yoldaşlıq görüşünə hazırlaşmaq lazımdır. Bizim 1000-dən çox futbolçumuz var. Onların hamısını çağıra bilmərəm.
- 2010-2011-ci il mövsümündə “Qarabağ”ın heyətində Azərbaycan Premyer Liqasının bombardiri olduqdan sonra Georgi Adamiyanı yığmaya çağırmışdınız. Amma o, təlim-məşq toplantısında iştirak etdiyi halda ötən il iyunun 3-də Xorvatiya ilə səfər matçınıza onu aparmadınız...
- İmtina etdik. Mən yığmaya 25 futbolçu çağırıram. Amma onların hamısını oynada bilmərəm. Əgər heyətə düşməyibsə, deməli, başqaları daha yaxşı formada idilər. Bayaq qeyd etdiyim kimi, bizim xeyli futbolçumuz var. Hamısını çağırıb heyətə cəlb edə bilmərəm. Kim daha yaxşıdırsa, o da oynayacaq. Kimin harada oynamasında problem yoxdur. Layiqsənsə, oynayacaqsan. Layiq deyilsənsə, yox.
- Futbolçunu dəvət edərkən, onun hansı ölkənin çempionatında oynadığını nəzərə almırsınız?
- Təbii ki, İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa çempionatlarında çıxış edən futbolçularımız olsaydı, onları dəvət edərdim. Hansı ki, əvvəllər var idi. Amma indi gürcü futbolçular daha çox Rusiya, Ukrayna, Türkiyə çempionatlarında çıxış edirlər. Təəssüf ki, indi daha böyük çempionatlarda oynayan futbolçumuz yoxdur. Olsaydı, onlara üstünlük verərdim. Yoxdursa, nə etmək olar? Nəyimiz varsa, onlarla da kifayətlənirik.
- Hətta Gürcüstan çempionatından da yığmaya oyunçu çağırmırsınız...
- Demək olar ki, yox. Sayları azdır. Əsasən, legionerlərə dəvət göndəririk.
- Gürcüstan çempionatının hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?
- Əsas məsələ odur ki, oyuna baxmağa gələn azarkeşlər hər şeyi yerindəcə görürlər. Çempionlar Liqasının qruplarına düşmək üçün həm Azərbaycan, həm də Gürcüstan çempionları çox iş görməlidirlər. İndiki halda söhbət “Neftçi” və “Zestafoni”dən gedir. Düzdür, Gürcüstan çempionatının səviyyəsi istədiyimiz kimi deyil. Amma çalışırıq ki, daha yaxşı səviyyəyə qaldıraq.
Elşən MƏMMƏDOV

1159