Olimpiada-2012: Elmar Qasımov qələbə ilə başladı
Lent.az-ın məlumatına görə, 22 yaşlı idmançı 1/16 finalda Maksim Rakovu məğlub edib.
Görüşün əvvəllərində Qasımov rəqibini başı üzərindən ataraq, yuko xalı alıb. Qalan bölümdə Rakov məğlubiyyətdən xilas ola bilməyib. Cüdoçumuz lazımınca müdafiə olunub. Düzdür, passiv mübarizə apardığı üçün hakimlər ona xəbərdarlıq ediblər. Lakin bu, ümumi nəticəyə təsir göstərməyib.
Qasımov qələbə qazansa da, dizindən zədə alıb. O, tatamini axsaya-axsaya tərk edib. Cüdoçumuz 1/8 finalda Levan Jorjoliani (Gürcüstan) ilə görüşəcək. Bu görüşə idmançımızın nə dərəcədə hazır olacağı isə sual altındadır.

942