Olimpiada-2012: 18 dəst medaldan 1-i Azərbaycanın olacaqmı?
02 avqust 2012 12:11 (UTC +04:00)

Olimpiada-2012: 18 dəst medaldan 1-i Azərbaycanın olacaqmı?

Lent.az-ın məlumatına görə, avqustun 2-də Azərbaycan təmsilçilərindən yalnız 1-i medal qazana bilər.

Bu, 100 kq çəki dərəcəsində yer alan cüdoçu Elmar Qasımovdur. Görüşlərə Bakı vaxtı ilə saat 13:30-da start veriləcək. Qasımovun 1/16 finala təsadüf edən ilk qarşılaşmadakı rəqibi qazaxıstanlı Maksim Rakovdur.

Saat 15:17-də üzgüçümüz Yevgeni Lazuka mübarizəyə qoşulacaq. O, kişilər arasında 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə seçmə mərhələdə qüvvəsini sınayacaq.

Akademik avarçəkənimiz Nataliya Mustafayeva saat 15:20-də qadınlar arasında 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yarımfinal yürüşündə çıxış edəcək. İsveçli Frida Svensson, ABŞ təmsilçisi Jenevra Stoun, çinli Siuyun Çanq, danimarkalı Fie Udbi Eriksen və yeni zelandiyalı Emma Tviqqlə mübarizədə ilk “3-lüy”ə düşəcəyi halda, Mustafayeva finala yüksələcək.

Nəhayət, 75 kq çəki dərəcəsində yer alan boksçumuz Soltan Migitinov saat 19:15-də 1/8 final döyüşünə qatılacaq. Onun rəqibi braziliyalı Eskiva Falkao Florentino olacaq.

2 avqust

13:50. Akademik avarçəkmə. Kişilər. 2 nəfərlik qoşa avarlı qayıq
14:00. Akademik avarçəkmə. Kişilər. 4 nəfərlik təkavarlı qayıq
16:30. Akademik avarçəkmə. Qadınlar. 8 nəfərlik qayıq
19:00. Atıcılıq. Kişilər. Dabl-trap
19:20. Kanoe-slalom. Kişilər. 2 nəfərlik qayıq
19:30. Stolüstü tennis. Kişilər. Şəxsi mübarizə
19:40. Oxatma. Qadınlar. Şəxsi birincilik
20:00. Kayak-slalom. Qadınlar. 1 nəfərlik qayıq
20:00. Cüdo. Qadınlar. 78 kq. Final
20:10. Cüdo. Kişilər. 100 kq. Final (Elmar Qasımov)
20:30. İdman gimnastikası. Qadınlar. Çoxnövçülük.
21:50. Velotrek. Qadınlar. Komanda sprint
22:10. Velotrek. Kişilər. Komanda sprint
23:15. Qılıncoynatma. Qadınlar. Rapira. Komanda
23:40. Üzgüçülük. Qadınlar. Brass. 200 metr
23:45. Üzgüçülük. Kişilər. Kürək. 200 metr
00:20. Üzgüçülük. Kişilər. Kompleks. 200 metr
00:40. Üzgüçülük. Qadınlar. Sərbəst üsulla. 100 metr
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 671

Oxşar yazılar