Olimpiada-2012: Aleksandr Aleksandrovdan tarixi nailiyyət
Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrov 2012-ci il London Yay Olimpiya Oyunlarında tarixi uğura imza atıb. Lent.az-ın məlumatına görə, 22 yaşlı idmançımız ölkəmizin ilk dəfə təmsil olunduğu növdə finala vəsiqə qazanıb.
Kişilər arasında 1 nəfərlik qayıqla (M1X) mübarizə aparan Aleksandrovun yarımfinal yürüşündə rəqibləri çinli Lianq Çanq, argentinalı Santyaqo Fernandes, çexiyalı Andrey Sinek, böyük britaniyalı Alan Kempbell və belçikalı Tim Meyens olub. Təmsilçimiz ən gənc olmasına baxmayaraq, yürüşün əvvəllərindən Kempbell və Sinekdən sonra finişə doğru hərəkət etməyə başlayıb. 500 metrlik bölümün tamamında yerli avarçəkən 1 dəqiqə 43,60 saniyə nəticə ilə birinci, çexiyalı ondan 1,75 saniyə, həmyerlimiz isə 2,50 saniyə geridə olub. Sonrakı bölümdə də Kempbell liderliyini davam etdirib. Bu dəfə 3 dəqiqə 33,06 saniyə nəticə göstərən təşkilatçı ölkə idmançısı 2010-cu ilin dünya çempionunu 1,17 saniyə, 23 yaşadək avarçəkənlər arasında dünya çempionumuzu isə 3,16 saniyə üstələyib. Sonrakı bölümlərdə Sinek üstünlüyü ələ alıb. 1500 metrlik bölümdə o, 5 dəqiqə 23,71 saniyə nəticə göstərdiyi halda, Kempbelli 0,28 saniyə, təmsilçimizi isə 4,96 saniyə üstələyib. Nəhayət, finiş xəttini çexiyalı avarçəkən 7 dəqiqə 16,58 saniyəyə birinci, britaniyalı 7 dəqiqə 18,92 saniyəyə ikinci, Azərbaycan avarçəkəni isə 7 dəqiqə 20,80 saniyəyə üçüncü keçib. Hər 3 idmançı finala vəsiqə qazanıb. Argentinalı Santyaqo Fernandes (7:29.68) 4-cü, çinli Lianq Çanq (7:31.52) 5-ci, belçikalı Tim Meyens (7:39.78) isə 6-cı yeri tutub. Onlar isə 7 – 12-ci yerlər uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, digər yarımfinal yürüşündən finala yeni zelandiyalı Meyh Drizdeyl, isveçli Lassi Karonen və almaniyalı Marsel Hakker vəsiqə qazanıb. Həlledici yürüşün startı avqustun 3-də yerli vaxtla saat 12:30-da (Bakı vaxtı ilə saat 16:30-da) veriləcək.

Oxşar yazılar

Rodriqo 3 ingilis klubuna gələn mövsüm harada oynamaq istədiyini bildirdi
13 iyul 2025 , 10:04
"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46