Olimpiada-2012: Daha bir boksçumuzdan erkən vida
Azərbaycanın daha bir boksçusu 2012-ci il London Yay Olimpiya Oyunları ilə erkən vidalaşıb. Lent.az-ın məlumatına görə, bu dəfə Heybətulla Hacıəliyev ilk döyüşdəcə məğlub olub.
64 kq çəki dərəcəsində yer alan 21 yaşlı idmançı 1/16 final finalda tunisli Abderrazak Huyaya uduzub – 16:19. Hərçənd, ilk raund Hacıəliyevin üstünlüyü ilə başa çatıb – 6:3. İkinci raundda 5:5 hesablı heç-heçəyə nail olan Huya sonuncu raundda böyük fərqlə qalib gəlib – 11:5.
Bununla da London olimpiadasında mübarizəni erkən dayandıran boksçularımızın sayı 3-ə çatıb. Daha öncə Elvin Məmişzadə (52 kq) və Vətən Hüseynli (81 kq) də ilk döyüşdəcə uduzublar. Əvəzində Soltan Migitinov 1/16 final qarşılaşmasından qalib ayrılaraq, növbəti mərhələyə yüksəlib. Avqustun 1-də Məhəmməd Əbdülhəmidov (56 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq), avqustun 5-də isə qadın boksçumuz Yelena Vıstropova (75 kq) mübarizəyə qoşulacaqlar.

512