Olimpiada-2012: Ərəb cüdoçunun hicabla çıxışına icazə verildi
Lent.az-ın “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Cüdo Federasiyası (İJF) qərar verib.
Lakin xüsusi görünüşlü hicabın Şaherkaninin baş nahiyəsini hansı formada örtəcəyi açıqlanmayıb. Əvvəllər İJF təhlükəsizliyi səbəb göstərərək, 78 kq-dan yuxarı çəkili cüdoçunun yarışlarda müsəlman yaylığından istifadəsinə qarşı çıxmışdı. Lakin cüdoçunun özü hicabsız çıxış etməyəcəyini bildirmişdi.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilk dəfə London olimpiadasında 2 qadın idmançı ilə təmsil olunur. Bunlar Vodyan Əli Seray Abdulrəhim Şaherkanidən əlavə, qaçış üzrə atlet Sara Attardır.

697