Olimpiada-2012: Bürünc medal üçün 2 kq çatmadı
31 iyul 2012 01:01 (UTC +04:00)

Olimpiada-2012: Bürünc medal üçün 2 kq çatmadı

Lent.az-ın məlumatına görə, qadınlar arasında 58 kq çəki dərəcəsində çıxış edən 19 yaşlı idmançımız birdən 105 kq, təkanla 128 kq ağırlıq qaldırıb.

İki hərəkətin cəmində o, 233 kq nəticə ilə 5-ci yeri tutub. Kostovanı bürünc medaldan cəmi 2 kq ayırıb. Atletimiz birdən qaldırma yarışlarının yekununda 3-cü olub. Lakin təkanla qaldırmada o, 3 cəhdindən 2-də uğurlu olub. Bu dəfə idmançımız 5-ci olub.

Olimpiya çempionu adına çinli Xueyinq Li layiq görülüb. Li həm birdən qaldırmada (108 kq), həm də iki hərəkətin cəmində (246 kq) olimpiya rekordu müəyyənləşdirib. Tailandlı Pimsiri Sirikaev 236 kq (100 kq + 136 kq) nəticə ilə gümüş, ukraynalı Yuliya Kalina 235 kq (106 kq + 129 kq) göstərici ilə bürünc medal qazanıb. 4-cü yeri isə daha bir tailandlı Rattikan Qulnoi 234 kq (100 kq + 134 kq) nəticə ilə tutub.

Qeyd edək ki, iyulun 29-da London olimpiadasında mübarizəyə qatılan ilk ağırlıqqaldıranımız Valentin Xristov bürünc medal qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 678

Oxşar yazılar