Olimpiada-2012: Daha bir avarçəkənimiz ¼ finalda!
Azərbaycanın daha bir akademik avarçəkəni Nataliya Mustafayeva 2012-ci il London Yay Olimpiya Oyunlarında mübarizəyə uğurla başlayıb. Lent.az-ın məlumatına görə, qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) çıxış edən 27 yaşlı idmançımız ¼ finala yüksəlib.
2000 metr məsafəyə seçmə yürüşdə Mustafayevanın rəqibləri Kamila Varqas Palomo (Salvador), Kim Krou (Avstraliya), Mayçin Tornikroft (Zimbabve), Yariulvis Kobas (Kuba) və Yeji Kim (Cənubi Koreya) olub. Avarçəkənimiz startdan finiş xəttinədək ikinci yerdə gedib. 500 metrlik bölümü birinci keçən avstraliyalı Kim Krounun nəticəsi 1 dəqiqə 47,56 saniyə olubsa, Mustafayeva ondan 2,93 saniyə geri qalıb. 1000 metrlik bölümdə Krou 3 dəqiqə 42,86 saniyə, Mustafayeva ondan 5,65 saniyə az, 1500 metrlik bölümdə avstraliyalı 5 dəqiqə 41,78 saniyə, həmyerlimiz ondan 6,75 saniyə az nəticə göstərib. Yekunda isə Krou 7 dəqiqə 41,18 saniyə nəticə ilə birinci, Mustafayeva 7 dəqiqə 46,01 saniyə göstərici ilə ikinci olub. Onlar “ilk 4-lük”də sonrakı pillələri tutan zimbabveli Mayçin Tornikroft (7:47.10) və kubalı Yariulvis Kobasla (7:48.58) birgə ¼ finala yüksəliblər. Salvadorlu Kamila Varqas Palomo (8:01.60) və avstraliyalı Kim Krou (8:04.68) isə mübarizəni təsəlli yürüşündə davam etdirəcəklər.
Daha öncə digər akademik avarçəkənimiz Alekansandr Aleksandrov da kişilərin yarışında 1 nəfərlik qayıqla (M1X) 2000 metr məsafəyə seçmə yürüşdə ikinci yeri tutaraq, ¼ finala yüksəlib.
Qeyd edək ki, təsəlli yürüşləri iyulun 29-da, ¼ final yürüşləri isə iyulun 31-də olacaq.

769