Olimpiada-2012: 12 dəst medal
28 iyul 2012 12:00 (UTC +04:00)

Olimpiada-2012: 12 dəst medal

Lent.az-ın məlumatına görə, ilk yarış günündə 12 dəst medal sahibini tapacaq.

Onlardan biri ölkəmizin təmsilçisinə qismət ola bilər. Bu, 60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz İlqar Müşkiyevdir. Eyni zamanda akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov və Nataliya Mustafayeva, boksçularımız Məhəmməd Əbdülhəmidov (56 kq) və Soltan Migitinov (75 kq, idman gimnastımız Şakir Şıxəliyev seçmə mərhələyə qatılacaqlar.

12 dəst medal bu növlərdə sahibini tapacaq:

14:00. Veloşosse. Kişilər. Qrup yürüşü
15:00. Stend atıcılığı. Qadınlar. 10 metr
19:30. Güllə atıcılığı. Kişilər. 10 metr
19:30. Ağır atletika. Qadınlar. 48 kq
20:00. Cüdo. Qadınlar. 48 kq
20:10. Cüdo. Kişilər. 60 kq (İlqar Müşkiyev)
22:00. Oxatma. Kişilər. Komanda
23:30. Üzgüçülük. Kişilər. Kompleks. 400 metr
23:40. Qılıncoynatma. Kişilər. Rapira. Şəxsi birincilik
23:50. Üzgüçülük. Kişilər. Sərbəst üsulla. 400 metr
24:00. Üzgüçülük. Qadınlar. Kompleks. 400 metr
00:40. Üzgüçülük. Qadınlar. Sərbəst üsulla. 4X100 metr


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 959

Oxşar yazılar