Avropa Liqası: “Xəzər Lənkəran” tanış rəqibə, “İnter” debütanta qarşı
Lent.az-ın məlumatına görə, Azərbaycan klublarından “Xəzər Lənkəran” Polşa “Lex”ini, “İnter” isə Yunanıstan “Asteras”ını qəbul edəcək.
“Xəzər Lənkəran” – “Lex”
Lənkəran şəhər Mərkəzi stadionundakı qarşılaşma saat 20:00-da başlanacaq. Oyunun baş hakimi Robert Şörgenhofer olacaq. Hər iki komanda Avroliqada mübarizəyə I təsnifat mərhələsindən başlayıb. “Xəzər Lənkəran” evdə 2:2 hesablı heç-heçə etdiyi “Nomme Kalyu”nu Estoniyada yenməyi bacarıb. “Lex” isə öz meydanında eyni hesabla yendiyi “Jetısu” ilə Qazaxıstanda bərabərliyə qalıb – 1:1.
Lənkəran və Poznan komandaları qitəmiqyaslı turnirdə 4 ildən sonra yenidən üz-üzə gələcəklər. 2008-2009-cu il mövsümündə UEFA Kubokunun I təsnifat mərhələsində bu komandalar arasındakı hər iki qarşılaşma “Lex”in qələbəsi ilə yekunlaşıb. Həmin vaxt “Xəzər Lənkəran” ev oyununu doğma Lənkəran şəhər stadionunda deyil, Tofiq Bəhramov adına Respublika stadionunda keçirib və minimal hesabla uduzub – 0:1. Cavab görüşündə isə Polşa təmsilçisi böyük hesabla qalib gəlib - 4:1. İndi isə “Xəzər Lənkəran” doğma publika qarşısında ilk qələbəsini qazanmağa çalışacaq. Baş məşqçi Yunis Hüseynov görüş öncəsi keçirdiyi mətbuat konfransında oyuna hazırlıq üçün kifayət qədər vaxtlarının olduğunu bildirib: “I təsnifat mərhələsində “Nomme Kalyu” ilə cavab oyunumuzu digər komandalarla müqayisədə iki gün əvvəl keçirdiyimizdən, “Lex”lə matça hazırlıq üçün vaxt azlığından narazılıq edə bilmərik. Futbolçular bu müddət ərzində lazımi səviyyədə məşq keçə bildilər və inanıram ki, qarşıdakı oyuna onlar tam hazır olacaqlar”.
Hüseynov “Lex”in oyunlarını izlədiyini və analiz etdiyini də söyləyib: “Rəqib Avropada kifayət qədər tanınmış komandadır. Bilirik ki, bizim matçlarımızı izləyiblər. Biz də onların oyunlarını təhlil etmişik, zəif və güclü nöqtələri haqqında da məlumatımız var. Hansı taktika ilə oynayacağımızı isə matç zamanı görə biləcəksiniz. Start heyətimiz də oyuna bir neçə saat qalmış məlum olacaq”.
Oyuna yalnız qələbə üçün çıxacaqlarını deyən baş məşqçi “Xəzər Lənkəran”ın evdə qol buraxmasını istəmir: “İstənilən məşqçini qane edən nəticə qələbədir. Sözsüz ki, biz də qələbə haqqında düşünürük. Əlbəttə, ilk oyunda evdə qol buraxmamaq bizə çox kömək olar. Amma bu futboldu, bir qol buraxıb, amma oyunu böyük hesablı qələbə ilə bitirmək də olar. Komandaya inamım böyükdür. Düşünürəm ki, bu mərhələni adlamaq üçün yetərincə gücümüz var”.
“Lex”in baş məşqçisi Mariuş Rumak isə Lənkərana qələbə dalınca gəldiklərini bildirib. Gənc mütəxəssis bütün oyunlara bu niyyətlə çıxdıqlarını deyib: “Düzdür, hər şey Polşadakı cavab matçından sonra məlum olacaq. Amma biz qələbəyə ümid edirik. “Xəzər Lənkəran” “Jetısu”ya nəzərən daha keyfiyyətli komandadır. Bütün futbolçularının beynəlxalq oyun təcrübəsi var. Legionerlər və yerli futbolçuların bir çoxu yığmada da çıxış edir. Ümid edirəm ki, “Xəzər Lənkəran”la matçımız “Jetısu” ilə səfər matçımızla müqayisədə daha gərgin idman mübarizəsi şəraitində keçəcək. Növbəti mərhələyə keçə bilməsək, bu, bizim üçün faciə sayılmayacaq. Çünki bu, idmandır. Biri qalib gələndə digəri uduzmalıdır”.
“İnter” – “Asteras”
Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçiriləcək matçın macarıstanlı baş hakimi Mihay Fabian start fitini saat 21:00-da çalacaq. Yunanıstanın Tripoli şəhərini təmsil edən klubun 81 yaşı var, amma avrokuboklarda ilk dəfə çıxış edəcək. Baş məşqçi Sakis Tsiolisin komandası birbaşa II təsnifat mərhələsindən mübarizəyə başlayacaq. “İnter” isə I təsnifat mərhələsini uğurla dəf edib. Paytaxt komandası Estoniya “Trans”ına səfərdə 5:0, evdə 2:0 hesabı ilə qalib gəlib.
Görüş öncəsi təşkil olunan mətbuat konfransında “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze “Asteras”ın oyunlarını disk vasitəsilə izlədiyini bildirib. Onun sözlərinə görə, rəqib mövsümlərarası fasilədə yalnız 2 futbolçusu ilə yollarını ayırıb. Tsxadadze Yunanıstan təmsilçisi qarşısında müəyyən üstünlüyə malik olduqlarını söyləyib: “Onlardan fərqli olaraq biz artıq bu mövsümdə iki rəsmi görüşdə meydana çıxmışıq, "Asteras" üçün isə baş tutacaq qarşılaşma mövsümün ilk oyunu olacaq. Biz müdafiədə diqqətli oynamalıyıq. Bu qarşılaşmada biz qol vurub, buraxmamağa çalışacağıq”.
Baş məşqçi “Asteras”ın avrokuboklarda ilk dəfə mübarizə aparmasını “İnter” üçün müsbət amil saymayıb. Tsxadadzenin sözlərinə görə, rəqib Yunanıstan kimi güclü ölkənin çempionatında mübarizə aparır: “Ötən mövsüm 6-cı yeri tutmasına və qitəmiqyaslı turnirlərdə ilk dəfə çıxış etməsinə baxmayaraq, “Asteras” çox yaxşı komandadır. Düşünürəm ki, oyun çox çətin keçəcək”.
“Asteras”ın baş məşqçisi Sakis Tsiolis də həmkarının son fikirləri ilə razılaşıb. O bildirib ki, “İnter” güclü komandalara qarşı oynaya biləcək futbolçulardan qurulub. Tsiolis debütant olmalarına baxmayaraq, baxımlı oyun sərgilədiklərini və yenə buna çalışacaqlarını söyləyib: “Zənnimcə, səfər matçında heç-heçə də pis nəticə olmazdı”.
Sakis Tsiolis "İnter"in heyətindən danışarkən əsasən bir futbolçunu fərqləndirib: “Rəqibin heyətində hər bir futbolçu yaxşı keyfiyyətlərə malikdir, amma mən daha çox Slavço Georgievski adlı futbolçunu qeyd etmək istərdim. Bu futbolçu meydanda göstərdiyi mübarizə ilə seçilir”.
Qeyd edək ki, cavab görüşləri iyulun 26-da olacaq.
Elşən MƏMMƏDOV

984