“Mançester Yunayted” 17 milyon avro itirdi
İngiltərə “Mançester Yunayted”inin 2011-2012-ci il mövsümündə futbol üzrə Çempionlar Liqası (ÇL) ilə erkən vidalaşması kluba 17 milyon avroya başa gəlib. Lent.az-ın məlumatına görə, “qırmızı şeytanlar” 2006-cı ildən sonra ilk dəfə Avropanın ən nüfuzlu klub turnirində “pley-off”a yüksələ bilməyib.
Ötən mövsüm baş məşqçi Aleks Ferqyusonun komandası ÇL-də iştirakından 35,1 milyon avro qazanc əldə edib. Klub daha 1,2 milyon avroya Avropa Liqasının iki raundunda iştirak qarşılığında yiyələnib.
Qeyd edək ki, 2010-2011-ci il mövsümündə “Mançester Yunayted” ÇL-in finalınadək irəliləyib. Nəticədə klub 53,2 milyon avro irəli düşüb.

557