Azad Rəhimov: “Azərbaycan yığması Respublika Stadionunun yubileyinə özünəməxsus hədiyyə etdi”
Lent.az-ın məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, AFFA-nın baş katibi Elxan Məmmədov, federasiyanın digər rəsmiləri, klub nümayəndələri, baş məşqçilər və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən nazir Azad Rəhimov hazırda ölkəmizdə futbolun inkişafı istiqamətində görülən işlərdən və tikilən meydançalardan danışıb. O bildirib ki, bu sahədə həm AFFA tərəfindən yeni meydançalar tikilir, həm də olimpiya komplekslərinin hamısında futbol meydançaları mövcuddur. O, ölkəmizdə qəbul olunan 2005-2015-ci illərdə Azərbaycan futbolunun inkişafına dair Dövlət Proqramının tezliklə öz bəhrəsini verəcəyinə inam ifadə edib.
Azad Rəhimov hazırda 60 illik yubileyi münasibətilə Respublika Stadionunda prezidentin sərəncamına əsasında təmir işlərinin aparıldığını və yeni təmirdən çıxacaq stadionun FİFA və UEFA standartlarına uyğun olacağını bildirib.
Nazir yığma komandamızın Belçika və Qazaxıstanla görüşlərdə məğlub olmamaqla bir növ yubileyə özünəməxsus hədiyyə bəxş etdiklərini qeyd edib.
A. Rəhimov kollektivin əməyini də vurğulayaraq meydançanın ot örtüyünün yaxşı vəziyyətdə saxlanmasına görə onlara öz minnətdarlığını bildirib.
Tədbir digər futbol veteranlarının, o cümlədən Respublika Stadionunun açılışında ilk qolu vurmuş Ələkbər Məmmədov, Çingiz İsmayılov, AFFA-nın baş katibi Elxan Məmmədov və digərlərinin çıxışları ilə davam etdirilib.
Elşən Məmmədov

550