Azərbaycan Boks Federasiyasının inzibati binasının təməli qoyuldu
25 sentyabr 2011 17:39 (UTC +04:00)

Azərbaycan Boks Federasiyasının inzibati binasının təməli qoyuldu

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, tədbirdə Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov, Gənclər və İdman naziri Azad Rəhimov və Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu və digər rəsmi şəxslər iştirak ediblər.

Çıxışlarda bildirilib ki, federasiyanın inzibati binasının inşası üçün 2 hektar torpaq sahəsi ayrılıb. Binada 500 nəfərlik idman kompleksi, 200 nəfərlik mehmanxana, üzgüçülük hovuzu və avtodayanacaq fəaliyyət göstərəcək. Bununla yanaşı, burada transformator yarımstansiyası, qazanxana, nasosxana və su anbarı da quraşdırılacaq.

ABF-nin prezidenti Kəmaləddin Heydərov və AİBA-nın prezidenti Çinq-Kuo Vu beton qarışığı tökən qurğunu işə salıb, metal gilizi bünövrəyə atıblar.

Sonda xatirə şəkli çəkdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1058

Oxşar yazılar