AİBA prezident Bakıda sərt danışdı: “Qoy, kimin korrupsiyalaşdığını hamı bilsin”
Lent.az-ın məlumatına görə, Vu əvvəlcə ötən gün işinə başlayan və bu gün yekunlaşan AİBA-nın növbədənkənar konqresi barədə danışıb.
O bildirib ki, konqresdə AİBA-nın inkişaf proqramı təqdim olunub. Proqramın təsdiqindən sonra nizamnaməyə düzəlişlər edilib. Konqres üzvləri yeni Peşəkar Boks və “Boxing 16” proqramına dəstək veriblər.
Vu sentyabrın 26-da start götürəcək dünya çempionatı barədə də danışıb: “Bu, olimpiya təsnifat xarakterli olduğu üçün xüsusi əhəmiyyət kəsb edir. Burada 92 lisenziya veriləcək. Qalan lisenziyalar isə qitə təsnifat turnirlərində veriləcək. Bu gün 124 ölkədən 700-dən çox idmançı iştirak edir ki, bu da AİBA tarixindən ən yüksək göstəricidir. Oktyabrın 8-də yenidən sizinlə görüşmək imkanım olacaq”.
AİBA-nın təmiz və vicdanlı təşkilat olduğunu deyən prezident dünya çempionatında boksçuların ədalətli şəraitdə mübarizə aparacaqlarına inam ifadə edib. Onun sözlərinə görə, bu vəzifəyə seçildikdən sonra heç bir şikayət olmayıb. Vu artıq hakimlər vasitəsilə nəticələrə manipulyasiyanın qeyri-mümkünlüyünü söyləyib: “Biz bura ən güclü hakimləri dəvət etmişik. Onları ölkələr gətirməyib, AİBA dəvət edib. Yalnız öz bacarıqlı işləri ilə bu dəvətə layiq görülüblər. Onlardan ən yüksək nəticələr gözləyirik”.
AİBA prezident BBC telekanalında yayımlanmış proqramda Azərbaycan boksçularının 2012-ci il London Yay Olimpiya Oyunlarında 9 milyon dollar qarşılığında 2 qızıl medalı satın almaları barədə ittihamlara da münasibət bildirib. O qeyd edib ki, AİBA Konqresinə yığışanlar bu məsələyə dair yekdil mövqe bildiriblər. Məsələnin araşdırılması məqsədilə AİBA xüsusi komissiya yaradıb. Vunun sözlərinə görə, bu ittihamlar korrupsiya xarakterlidir. Amma proqramda deyilənlər əsaslandırılmayıb, hətta gülməlidir: “Hamı bilir ki, mən dözümü demək olar ki, sıfır səviyyəsində olan şəxsəm. Bizim təşkilatda korrupsiyaya qarşı ciddi mübarizə aparıram. 4 il ərzində 4 vitse-prezident, baş katib və İcraiyyə Komitəsinin 6 üzvünü və 2 komissiya üzvünü kənarlaşdırmışam. BBC-nin bu proqramı məhz indi hazırlaması da təsadüfi deyil. Bu, bizdə müəyyən şübhələr yaradır. İttihamlar çıxan kimi AİBA komissiya yaradıb. Biz araşdırmamızı aparacağıq. Komitənin bütün üzvləri obyektiv araşdırma üçün hər şey edəcəklər. Bu, təkcə AİBA üçün yox, hamımız üçün maraqlıdır”.
AİBA prezidenti BBC-yə faktlar təqdim etməsi üçün müraciət ünvanladıqlarını da əlavə edib. Eyni müraciətlə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe də çıxış edib. Vu araşdırma yekunlaşanadək BBC-nin fikirlərə hörmətlə yanaşacaqlarını da söyləyib: “İstənilən ölkədə ittiham ciddi hüquqi faktlara söykənməlidir. Biz mətbu orqanın fikirlərinə hörmətlə yanaşaraq araşdırmanın yekununu gözləyəcəyik. Qoy, kimin korrupsiyalaşdığını hamı bilsin”.
Elşən MƏMMƏDOV

588