Mahir Şükürovun “Xəzər Lənkəran”a qarşı oynamasına icazə verildi
22 sentyabr 2011 12:27 (UTC +04:00)

Mahir Şükürovun “Xəzər Lənkəran”a qarşı oynamasına icazə verildi

Lent.az-ın məlumatına görə, toplantıda “Qəbələ”nin futbolçu Mahir Şükürovun cəzasının yüngülləşdirilməsi və “İnter”in İntizam Komitəsinin 23 avqust tarixli qərarının ləğv edilməsi ilə bağlı müraciətlərinə baxılıb.

Qərara alınıb ki, Şükürov barədə AFFA İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvədə saxlanılsın. Sadəcə, “Qəbələ”nin kapitanı 4 matçlıq cəzasının çəkilməmiş 1 oyunundan 9 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunub. Yəni, futbolçu qarşıdakı turda “Xəzər Lənkəran”la matçda iştirak edə biləcək. 9 aylıq sınaq müddəti ərzində Şükürov analoji hərəkətlərə yol verərsə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq. “İnter”in şikayəti isə təmin olunmayıb.

Qeyd edək ki, Mahir Şükürov III turda AZAL-la matçda rəqibinə kəllə atdığı üçün 4 oyunluq diskvalifikasiyaya məruz qalmışdı. “İnter” isə “Bakı” ilə qarşılaşmada meydançanı yarımçıq tərk edib. Buna səbəb hakimin “İnter”in qapıçısı Georgi Lomayanı meydançadan qovması və bu komandanın qapısına oyun ərzində ikinci dəfə penalti təyin etməsi olub. İntizam Komitəsi “İnter”ə texniki məğlubiyyət verib, qapıçı Giorgi Lomaya 2, klubun prezidenti Georgi Nikolov isə 5 oyunluq diskvalifikasiya olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 581

Oxşar yazılar