“Şükrü Saracoğlu” – yalnız qadınlar
Xəbər verdiyimiz kimi, Türkiyə Superliqasında “Fənərbağça” ilə “Manisaspor” arasında sentyabrın 20-də keçirilmiş oyuna yalnız qadınlar və 12 yaşadək uşaqlar buraxılıb. Lent.az-ın məlumatına görə, 41 minədək tərəfdar qarşılaşmaya havayı tamaşa edib.
Stadionun girişində qonaqları qadın polislər qarşılayıblar. Futbolçular onları tribunalara gül atmaqla salamlayıblar. Görüş 1:1 hesabı ilə nəticələnib.
Türkiyə Futbol Federasiyası “Şükrü Saracoğlu” stadionunda keçirilmiş matça kişi fanatların girişini qadağan edib. Səbəb kimi “Fənər”in intizam sanksiyasına məruz qalması göstərilib.

706