Mərdəkanda 2 manatlıq futbol tamaşası
20 sentyabr 2011 12:42 (UTC +04:00)

Mərdəkanda 2 manatlıq futbol tamaşası

Azərbaycan – Avstriya matçının biletləri satışa çıxarıldı

Azərbaycan və Avstriya milli komandaları arasında oktyabrın 7-də keçiriləcək 2012-ci il Avropa çempionatının seçmə qrup matçının biletləri satışa çıxarılıb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da saat 21:00-da təşkil olunacaq qarşılaşma üçün ən ucuz bilet 2 manata, ən bahalısı isə 10 manata satılacaq.

Ən ucuz biletlər meydançanın künclərindəki, ən bahalılar isə VİP sektoru üçün nəzərdə tutulub. Azarkeşlər qapılar arxasındakı sektorlarda adambaşı 4 manat, uzununa sektorlarda isə 6 manat xərcləməklə oyunu izləyə bilərlər.

Qeyd edək ki, Azərbaycan – Avstriya oyununun biletləri Park Bulvar Alış-Veriş Mərkəzinin I və IV mərtəbəsindəki satış nöqtələrində, Mərdəkan qəsəbəsində, “Abşeron” sanatoriyasının arxasındakı Topaz məntəqəsində və AFFA-nın inzibati binasının qarşısındakı Fan-shop-da almaq mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 446

Oxşar yazılar