Azərbaycan yığması və “Qarabağ”a vurulan ağır zərbə!
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 22 yaşlı hücumçu Unibank Premyer Liqasının VI turunda “Xəzər Lənkəran”la oyun zamanı xəsarət alıb.
O, görüşün 43-cü dəqiqəsində Lənkəran təmsilçisinin müdafiəçisi Elnur Allahverdiyevin sərt zərbəsinə düçar olub. Həkim müayinəsi nəticəsində Əliyevin diz qapağında qismən qopmanın olduğu müəyyənləşib. Hücumçunun noyabrın ortalarında “Qarabağ”ın sıralarına dönəcəyi ehtimal olunur. Bu isə o deməkdir ki, futbolçu millimizin oktyabrın 7-də Bakıda Avstriya, bundan 4 gün sonra isə səfərdə İstanbulda Türkiyə yığmaları ilə keçirəcəyi 2012-ci il Avropa çempionatının seçmə qrup matçlarında iştirak etməyəcək.
Qeyd edək ki, Rauf Əliyev Azərbaycan yığmasının sentyabrın 2-də Belçika (1:1), sentyabrın 6-da Qazaxıstanla (3:2) keçirdiyi seçmə oyunlarda iştirak edib. O, hər 2 qarşılaşmada fərqlənib.

528