Aleksandr Starkov: “Azərbaycan çempionatında zəif komanda yoxdur”
“Bakı” futbol klubunun baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın VI turunda qarşılaşacaqları “Turan”la oyun haqda fikirlərini bölüşüb.
Lent.az-ın məlumatına görə, latviyalı mütəxəssis Tovuz komandasını çox güclü komanda kimi dəyərləndirib. Starkovun fikrincə, “Turan” xüsusən doğma meydanda yaxşı təsir bağışlayır: “Ona görə də bu oyuna ciddi hazırlaşırıq. Futbolçular da bu oyuna yaxşı köklənməlidir. Əks halda, qələbə qazana bilməyəcəyik”.
“Bakı” ötən tur debütant “Rəvan”ı 3:2 hesabı ilə məğlub edib. Paytaxt klubunun baş məşqçisi növbəti turlarda daha güclü rəqiblərlə oynayacaqlarını deyib: “Bizi hələ qarşıda uzun marafon gözləyir. Növbəti turlarda daha güclü rəqiblərə qarşı oynayacağıq. Bununla belə, bütün rəqiblərə hörmətlə yanaşırıq. Azərbaycan çempionatında zəif komanda yoxdur”.
Qeyd edək ki, sentyabrın 18-də keçiriləcək “Turan” – “Bakı” matçı saat 16:00-da başlanacaq.

Oxşar yazılar

"İnter" “Fluminense”yə məğlub oldu
1 iyul 2025 , 01:31
3 güləşçimiz Avropa çempionatının finalında
30 iyun 2025 , 23:11
“Mən səni çox sevirəm” - Bellinqemin sevgilisindən doğum günü TƏBRİKİ
30 iyun 2025 , 19:46
Britaniyalı Emma Radukanu - Uimbldonun əsas ulduzlarından biridir
30 iyun 2025 , 18:19
Hazırda dünyanın ən yaxşı futbolçusu odur - YENİ SİYAHI
30 iyun 2025 , 15:56
Dünyanın ən çox qazanan 5 futbolçusu: Messi Ronaldodan uzaqdadır
30 iyun 2025 , 13:00
Premyer Liqada YENİLİK: futbolçular əvəzləndikdən dərhal sonra müsahibələr verəcək
30 iyun 2025 , 09:39