UEFA Ronaldunu cəzalandıra bilər
UEFA İntizam Komitəsi İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kriştianu Ronaldunu cəzalandıra bilər. Lent.az-ın məlumatına görə, buna səbəb portuqaliyalı oyunçunun Çempionlar Liqasının qrup mərhələsində Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası ilə görüşdən sonra sərt açıqlamalar verməsidir.
“Kral klubu” 1:0 hesabı ilə qalib gəlsə də, Ronaldu norveçli baş hakim Sveyn Moenin işindən narazı qalıb. O, Moeni tənqid edib və norveçli referinin “Real Madrid”in iştirakı ilə oyunları bir daha idarə etməyəcəyinə ümidvar olduğunu bildirib.

502