Avropa Liqası: “Beşiktaş”dan “Xəzər Lənkəran”a “Makkabi” dərsi
16 sentyabr 2011 10:01 (UTC +04:00)

Avropa Liqası: “Beşiktaş”dan “Xəzər Lənkəran”a “Makkabi” dərsi

“Fiyapı İnönü” stadionunda təşkil olunan qarşılaşma “qara qartallar”ın böyük hesablı qələbəsi ilə yekunlaşıb. Darmadağının əsasını 3-cü dəqiqədə Uqu Almeyda qoyub. Portuqaliyalı hücumçu 28-ci dəqiqədə yenidən fərqlənib. İlk yarı “Beşiktaş”ın 2:0 hesablı üstünlüyü ilə tamamlanıb.

İkinci hissəyə qonaqlar Roy Kehatın 4-cu dəqiqədə vurduğu qolla başlayıblar. Lakin cəmi 1 dəqiqə sonra Mehmet Aurelio “qara qartallar”ın 3-cü qolunu vurub. 53-cü dəqiqədə Egemen Korkmaz, 88-ci dəqiqədə isə Edu daha 2 qol vuraraq, yekun nəticəni müəyyənləşdiriblər. Bununla da “Beşiktaş” Azərbaycan Kubokunun sahibi “Xəzər Lənkəran”ı Avropa Liqasının II təsnifat mərhələsində mübarizədən kənarlaşdırmış “Makkabi”ni yenməyin yolunu göstərib. Bu qələbə həm də Türkiyə və İsrail arasındakı siyasi münasibətlərin gərginliyi fonunda qardaş ölkənin gücünü bir daha ortaya qoyub.

E qrupunun digər matçında Ukraynanın “Dinamo” komandası Kiyevdə İngiltərə “Stok Siti”si ilə heç-heçə edib. Bu səbəbdən, “Beşiktaş” turu qrup lideri kimi başa vurub.
A qrupu

“Şemrok Rovers” (İrlandiya) – “Rubin” (Rusiya) – 0:3
PAOK (Yunanıstan) – “Tottenhem” (İngiltərə) – 0:0

B qrupu

“Hannover” (Almaniya) – “Standard” (Belçika) – 0:0
“Kopenhagen” (Danimarka) – “Vorskla” (Ukrayna) – 1:0

C qrupu

“Hapoel” (Təl-Əviv, İsrail) – “Rapid” (Buxarest, Rumıniya) – 0:1
PSV (Hollandiya) – “Legiya” (Polşa) – 1:0

D qrupu

“Latsio” (İtaliya) – “Vasluy” (Rumıniya) – 2:2
“Sürix” (İsveçrə) – “Sportinq” (Portuqaliya) – 0:2

E qrupu

“Beşiktaş” (Türkiyə) – “Makkabi” (Təl-Əviv, İsrail) – 5:1
“Dinamo” (Kiyev, Ukrayna) – “Stok Siti” (İngiltərə) – 1:1

F qrupu

“Slovan” (Bratislava, Slovakiya) – “Atletik” (İspaniya) – 1:2
PSJ (Fransa) – “Zalsburq” (Avstriya) – 3:1

G qrupu

“Austriya” (Avstriya) – “Metallist” (Xarkov, Ukrayna) – 1:2
AZ (Hollandiya) – “Malmö” (İsveç) – 4:1

H qrupu

“Brügge” (Belçika) – “Maribor” (Sloveniya) – 2:0
“Birmingem” (İngiltərə) – “Braqa” (Portuqaliya) – 1:3

İ qrupu

“Udineze” (İtaliya) – “Renn” (Fransa) – 2:1
“Atletiko” (İspaniya) – “Seltik” (Şotlandiya) – 2:0

J qrupu

“Makkabi” (Hayfa, İsrail) – AEK (Larnaka, Kipr) – 1:0
“Styaua” (Rumıniya) – “Şalke” (Almaniya) – 0:0

K qrupu

“Visla” (Krakov, Polşa) – “Odense” (Danimarka) – 1:3
“Fulhem” (İngiltərə) – “Tvente” (Hollandiya) – 1:1

L qrupu

“Anderlext” (Belçika) – AEK (Afina, Yunanıstan) – 4:1
“Şturm” (Avstriya) – “Lokomotiv” (Moskva, Rusiya) – 1:2
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 599

Oxşar yazılar