Azərbaycan yığmasının rəqibinin baş məşqçisi müəyyənləşdi
Azərbaycan milli komandasının futbol üzrə 2012-ci il Avropa çempionatının seçmə qrup matçındakı rəqibinin yeni baş məşqçisi müəyyənləşib. Lent.az-ın “oe24” telekanalına istinadən verdiyi məlumata görə, bu, hazırda Avstriyanın “Şturm” klubuna rəhbərlik edən Franko Fodadır.
Lakin Fodanın yığmadakı ilk sınağı seçmə mərhələyə yekun vurulduqdan sonra olacaq. Onun rəhbərliyi altında avstriyalılar noyabrın 15-də Lvov şəhərində keçiriləcək yoldaşlıq görüşündə Ukraynanın qonağı olacaqlar. Bu isə o deməkdir ki, Foda oktyabrın 7-də Bakıda Azərbaycan yığmasına qarşı təşkil olunacaq seçmə matçda Avstriya millisinin başında olmayacaq. Hələlik yeni baş məşqçinin klubdakı işini davam etdirib-etdirməyəcəyi bilinmir.
Qeyd edək ki, Franko Foda Avstriya yığmasının baş məşqçi postunda bir neçə gün öncə istefa vermiş Ditmar Konstantinini əvəzləyib. Bu komandanı millimizlə oyuna Avstriya Futbol Federasiyasının idman direktoru Villi Ruttenştaynerin çıxaracağı bildirilir.

503