İlk “Amerikan superklassikosu”nda qol vurulmadı
15 sentyabr 2011 12:52 (UTC +04:00)

İlk “Amerikan superklassikosu”nda qol vurulmadı

Sentyabrın 15-də futbol üzrə Argentina və Braziliya milli komandaları arasında yoldaşlıq görüşü keçirilib. Lent.az-ın məlumatına görə, Argentinanın Kordova şəhərində təşkil olunan qarşılaşmada hesab açılmayıb – 0:0.

Hər iki komandanın heyətində Braziliya və Argentina çempionatlarında çıxış edən futbolçular oynayıblar. Avropa klublarındakı legionerlər bu görüşdə iştirak etməyiblər.

İlk yarıda argentinalılar bir neçə dəfə hesabı açmağa yaxın olublar. Xüsusən, Mauro Boselli 3 qol vəziyyətini boşa verib. Komandaların bir neçə qol vəziyyəti yaratdığı son 15 dəqiqə istisna olmaqla, matç elə də baxımlı alınmayıb. Braziliya millisindən Ronaldinyonun da fərqlənmək imkanı olub. Lakin onun cərimə zərbəsini rəqib qapıçı Aqustin Orion qaytarıb. Hər halda Ronaldinyo oyunun ən yaxşısı sayılıb.

Qeyd edək ki, matç “Amerikan superklassikosu” çərçivəsində baş tutub. Qalib iki görüşün yekununda müəyyənləşəcək. İkinci oyun sentyabrın 28-də Braziliyanın Belem şəhərində baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 594

Oxşar yazılar