London olimpiadasına 12-ci lisenziya daha bir medalla gəldi
Lent.az-ın məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan Stadnik bu uğura Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatında imza atıb. Dünya və 3 qat Avropa çempionu London olimpiadasına lisenziya xarakterli yarışda finala yüksəlib. O, ilk “6-lığ”a düşdüyü üçün dünya çempionluğu uğrunda həlledici görüşün nəticəsindən asılı olmayaraq, növbəti olimpiadaya vəsiqəni və ən azı gümüş medalı təmin edib. Əvəzində yunan-Roma güləşçimiz Rafiq Hüseynov (74 kq) ¼ finalda uduzaraq mübarizəni dayandırıb. Beləliklə, “klassik”lərimizin dünya çempionatında qazancı bir qızıl medal (Rövşən Bayramov – 48 kq) və 2 olimpiya lisenziyası (Rövşən Bayramov – 48 kq və Saman Ahman Tahmasebi – 84 kq) olub. Digər qadın güləşçimiz Patimat Baqometova (51 kq) bürünc medal uğrunda son təsəlliverici görüşə çıxacaq. Lakin qadın güləşində bu çəki dərəcəsi olimpiya çəkisi sayılmadığından, Baqometova lisenziyasız qalacaq.
Qeyd edək ki, Mariya Stadnik London olimpiadasına Azərbaycanın qazandığı sayca 12-ci lisenziyanın müəllifi olub. Daha öncə yunan-Roma güləşçilərimiz Rövşən Bayramov və Saman Ahman Tahmasebi, eləcə də atletikanın çəkicatma növündə Dmitri Marşin, taekvondoçularımız Fəridə Əzizova (67 kq) və Ramin Əzizov (80 kq), boksçumuz Soltan Migitinov (75 kq), güllə atıcımız İradə Aşumova, kanoeçilərimiz Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr) və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti (2 nəfərlik qayıqla 1000 metr), akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov və Nataliya Mustafayeva (hər 2-si 1 nəfərlik qayıqla 2000 metr) da bu hüquqa yiyələnib.

942