“Barselona” İnyestanı itirdi
14 sentyabr 2011 12:26 (UTC +04:00)

“Barselona” İnyestanı itirdi

İspaniyanın “Barselona” klubunun futbolçusu Andres İnyesta bir ay müddətinə sıradan çıxıb. Lent.az-ın məlumatına görə, məşhur yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda İtaliyanın “Milan” komandası ilə oyun (2:2) zamanı zədələnib.

İnyesta baldırının arxa əzələsini qırıb. Nəticədə o, 38-ci dəqiqədə yerini Sesk Fabreqasa verməli olub.

Qeyd edək ki, daha öncə “Barselona” Aleksis Sançes itkisi ilə üzləşib. Çilili hücumçu sentyabrın 10-da “Real Sosyedad”la İspaniya çempionatı matçında (2:2) zədələnib. “Barsa”nın zədəlilər siyahısında mərkəz müdafiəçisi Xerard Pike də var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552

Oxşar yazılar