US Open: Nadal uduzdu
13 sentyabr 2011 10:57 (UTC +04:00)

US Open: Nadal uduzdu

Lent.az-ın məlumatına görə, sentyabrın 13-ə keçən gecə Cokoviç ispaniyalı Rafael Nadalı final matçında yenib – 6:2, 6:4, 6:7 (3:7), 6:1. Görüş 4 saat 10 dəqiqə davam edib.


Novak Cokoviç karyerasında ilk dəfə US Open turnirini qələbə ilə başa vurub. Bunadək serbiyalı tennisçi 2 dəfə - 2007 və 2010-cu illərdə finalda çıxış edib. Ötən il o, finalda məhz Rafael Nadala yenilib. Bu, Cokoviçin böyük dəbilqəli turnirlərdə üçüncü qələbəsi olub. Yanvarda o, “Australian Open”i, iyulda isə Uimbldon turnirini zəfərlə başa vurub.


Qeyd edək ki, qadınların fərdi mübarizəsində qalib adını finalda ABŞ təmsilçisi Serena Uilyamsı yenmiş avstraliyalı Samanta Stosur qazanıb.
# 735

Oxşar yazılar