London olimpiadasına lisenziya qazanan taekvondoçumuzdan daha bir uğur
Rusiyanın Çelyabinsk şəhərində taekvondo üzrə açıq beynəlxalq turnir keçirilib. Lent.az-ın məlumatına görə, yarışda iştirak edən böyüklər və gənclərdən ibarət Azərbaycan milli komandası 13 medal qazanıb.
Böyüklərin mübarizəsində 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş Fəridə Əzizova (67 kq) qızıl medala sahib olub. Bayraməli Vəliyev (80 kq) gümüş, Xəyalə Quliyeva (46 kq) və Günay Ağakişiyeva (57 kq) bürünc medala yiyələniblər.
Gənclərdənin yarışında isə Nərminə Məmmədova (44 kq), Mikayıl Əliyev (51 kq) və Elvin Əliyev (+78 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elmar Bədəlli (45 kq), Hüseyn Mehrəliyev (59 kq), Ələkbər Ələkbərli (68 kq), Təranə Məmmədoba (46 kq), Günay Ağayeva (52 kq) və Aytən Səmədli (59 kq) isə bürünc medala layiq olublar.

499