Lionel Messi: “İndi yığmada uğur qazanmaq istəyirəm”
01 iyun 2011 23:05 (UTC +04:00)

Lionel Messi: “İndi yığmada uğur qazanmaq istəyirəm”

Lent.az-ın məlumatına görə, bu barədə Messi xüsusi olaraq keçirdiyi mətbuat konfransında açıqlama verib.

Messi deyib: “Hamı iddia edir ki, guya mənim Teves, Rikelme, Maradona ilə problemim var. Bunların hamısı tamamilə yanlışdır. Artıq Teves də belə bir problemin olmadığını söyləyib. Ümumiyyətlə, mən bu barədə çox danışmaq istəmirəm”.

“Barselona” ilə bütün kubokları qazandığını söyləyən ulduz futbolçu artıq yığmada da uğur qazanmaq istədiyini vurğulayıb. O, özünü başqa klubda görmədiyini də əlavə edib.

Qeyd edək ki, mayın 28-də “Barselona”nın heyətində Çempionlar Liqasını qazanmış Lionel Messi artıq vətəni Argentinadadır. O, yığma ilə birgə Amerika Kubokunun hazırlıqlarına başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 489

Oxşar yazılar