“Qarabağ” 6 futbolçuya “qapını” göstərdi
01 iyun 2011 18:13 (UTC +04:00)

“Qarabağ” 6 futbolçuya “qapını” göstərdi

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Sahil Kərimov, Rəşad Kərimov, Avtandil Hacıyev, Ayxan Abbasov və Devran Ayhanla başa çatan müqavilələr uzadılmayıb.

Eyni zamanda “Qarabağ”la daha bir il müqaviləsi olan Samir Abasov transferə çıxarılıb. Yaxın vaxtlarda komandadan növbəti “qopmalar”ın olacağı istisna edilmir.

Baş məşqçi Qurban Qurbanov bu addımını belə şərh edib: “Bəli, 6 futbolçu ilə yollarımızı ayırdıq. Onların coxu 3-4 il idi ki, “Qarabağ”da forma geyinirdilər. Amma bu, futboldur. Əbədi heç nə yoxdur. Onlara karyeralarında uğurlar arzulayıram. Mümkün qədər dəyişiklər etmək zərurəti hiss edirdik. Ola bilsin, başqa futbolçularla da yollarımızı ayırdıq”.

Bununla yanaşı, Qurbanov heyətə yeni futbolçuların cəlb olunduğunu diqqətə çatdırıb. Artıq qapıçı Osman Umarov “Abşeron”da icarədən geri qaytarılıb. Əvəzedicilərin heyətində bombardir olmuş Kamil Xanıyev və istedadlı Elgiz Kərəmli də əsas komandaya qatılıb: “Onlar bizimlə təlim-məşq toplanışında iştirak edəcək. Gördüyünüz kimi gənclərə üstünlük veririk. Başqa futbolçuların da gəlişi mümkündür. Amma bu işdə tələsməməliyik. Ən düzgün olan qərarı qəbul etməyə çalışacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 479

Oxşar yazılar