“Real” Madrid 6 futbolçusunu qovur
Lent.az-ın “AS”a istinadən verdiyi məlumata görə, “kral klubu”nun baş məşqçisi Joze Mourinyo növbəti mövsümə 23-24 oyunçu ilə başlamaq istəyir.
Lakin hazırda əsas komandada müqavilə əsasında 28 futbolçu yer alıb. Onların arasında yeni transferlər Nuri Şahin, Hamit Altıntop və Xose Kalyexon da var. Madrid təmsilçisi yayda bir neçə oyunçu da alacaq. Hazırda Emmanuel Adebayorun transfer hüququnun alınması üçün İngiltərə “Mançester Siti”si ilə danışıqlar aparılır. Transferə çıxarılacaq oyunçular “Real Madrid”in yeni oyunçularının sayından asılı olaraq arta bilər. Çox güman ki, “kral klubu” Esekiel Qaray, Lassana Diaara, Royston Drente, Fernando Qaqo, Serxio Kanales və Pedro Leonla yollarını ayıracaq.
Qeyd edək ki, əvvəllər “Real Madrid”in Portuqaliya “Benfika”sı ilə müdafiəçi Fabio Koentronun keçidinə dair danışıqlarının müvəqqəti dayandırıldığı açıqlanıb.

Oxşar yazılar

"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19
7 ildən sonra Bundesliqaya qayıtdı
12 may 2025 , 10:42
“Dortmund” - “Bayer” oyununda 6 qol
12 may 2025 , 02:02
“El Klasiko”nun qalibi “Barselona” oldu
11 may 2025 , 20:25
“Qalatasaray” Trabzon səfərindən 3 xalla qayıdır
10 may 2025 , 22:12