Karlos Teves yığmaya qaytarıldı
01 iyun 2011 12:12 (UTC +04:00)

Karlos Teves yığmaya qaytarıldı

Lent.az-ın məlumatına görə, 27 yaşlı hücumçu iyulun 1-də öz vətənində start götürəcək Amerika Kubokuna dəvət alıb.

O, 26 nəfərlik ilkin siyahıya daxil edilib. Turnirin startınadək siyahıdakıların sayı 22-yə enəcək. Yarış iyulun 24-dək davam edəcək. Amerika Kubokuna 12 komanda qatılacaq. İlkin mərhələdə onlar 3 qrupa bölünəcəklər. ¼ finala qruplarda ilk 2 yerin sahibləri və 3-cü yeri tutanlardan ən yaxşı göstəriciyə malik 2-si çıxacaq. Argentina Kolumbiya, Kosta-Rika və Boliviya ilə eyni qrupa düşüb.

Qeyd edək ki, Karlos Teves ötən ilin noyabrında Argentina millisinin Braziliya və Qətərlə keçirdiyi yoldaşlıq görüşlərinə çağırılsa da, dəvəti rədd edib. Baş məşqçi Serxio Batista isə hücumçunun qərarından narazı qalıb və onu 6 ayadək yığmaya çağırmayıb.

Argentina millisinin Amerika Kuboku üçün heyəti:

Qapıçılar: Xuan Pablo Karriso (“River Pleyt”), Serxio Romero (AZ, Hollandiya), Mariano Anduxar (“Kataniya”, İtaliya)

Müdafiəçilər: Xavyer Zanetti (“İnter”, İtaliya), Qabriel Milito (“Barselona”, İspaniya), Nikolas Burdisso (“Roma”, İtaliya), Pablo Sabaleta (“Mançester Siti”, İngiltərə), Esikyel Qaray (“Real Madrid”, İspaniya), Markos Roxo, Nikolas Parexa (hər ikisi “Spartak” M, Rusiya), Lusiano Monson (“Boka Xuniors”)

Yarımmüdafiəçilər: Xavyer Maskerano (“Barselona”, İspaniya), Ever Baneqa (“Valensiya”, İspaniya), Fernando Qaqo, Anxel Di Mariya (hər ikisi “Real Madrid”, İspaniya), Esteban Kambyasso (“İnter”, İtaliya), Enso Peres (“Estudiantes”), Dieqo Valeri (“Lanus”), Lukas Biqliya (“Anderlext”, Belçika), Xavyer Pastore (“Palermo”, İtaliya)

Hücumçular: Lionel Messi (“Barselona”, İspaniya), Serxio Aquero (“Atletiko”, İspaniya), Karlos Teves (“Mançester Siti”, İngiltərə), Qonsalo İquain (“Real Madrid”, İspaniya), Esekyel Lavessi (“Napoli”, İtaliya), Dieqo Milito (“İnter”, İtaliya).
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574

Oxşar yazılar