Zaur Tağızadə “Qarabağ”da
O, “Qarabağ”ın əsas komandasından məşqçi vəzifəsinə təklif aldığını Sadıqovun diqqətinə çatdırıb. Klub prezidenti sabiq futbolçunun istəyini anlayışla qarşılayaraq, xeyir-dua verib.
Tağızadə görüş barədə “Neftçi”nin saytına bunları deyib: “Hamıya məlumdur ki, “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır, ən köklü klubudur. Burada karyeramın unudulmaz illərini keçirmişəm. Ötən il zədə ucbatından karyeramı başa vurduqdan sonra rəhbərlik əvəzedici heyətdə məşqçi işləməyimi tövsiyə etdi. Çox sağ olsun Sadıq müəllim, mənim bu komandada da çalışmağım üçün bütün şəraiti yaratdı. Bir il ərzində əvəzedici heyətdə təcrübə qazandım. “Neftçi” rəhbərliyi Premyer Liqanın son turunda “Xəzər Lənkəran”la matçda vida görüşümü də təşkil etmişdi. Lakin vacib şəxsi işlərimlə əlaqədar olaraq, ölkə hüdudlarından kənarda idim və buna görə vida oyunu keçirilmədi. İnşallah, yaxın gələcəkdə “Neftçi” rəhbərliyi ilə müzakirələrdən sonra vida matçının vaxtını dəqiqləşdirəcəyik. Bir neçə gün bundan əvvəl Azərbaycanın digər tanınmış klubu “Qarabağ”ın əsas komandasından məşqçi vəzifəsinə təklif aldım. Bugünkü görüşdə bu məsələni də müzakirə etdik. Sadıq müəllim bu istəyimi də anlayışla qarşıladı, mənə öz xeyir-duasını çatdırdı. Buna görə “Neftçi”nin prezidentinə minnətdarlığımı bildirirəm və futbolumuzun flaqmanına gələcək yarışlarda uğurlar arzulayıram. Mən “Neftçi”li olmağımla həmişə fəxr edirəm”.

Oxşar yazılar

Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19
7 ildən sonra Bundesliqaya qayıtdı
12 may 2025 , 10:42
“Dortmund” - “Bayer” oyununda 6 qol
12 may 2025 , 02:02
“El Klasiko”nun qalibi “Barselona” oldu
11 may 2025 , 20:25
“Qalatasaray” Trabzon səfərindən 3 xalla qayıdır
10 may 2025 , 22:12
"Misirin kəndindən gələn uşaq üçün..." - Salahdan "Qızıl top"la bağlı ETİRAF
10 may 2025 , 18:18
"Arsenal" 60 milyona yarımmüdafiəçi aldı
10 may 2025 , 14:21