“Neftçi”nin prezidentindən Mübariz Mənsimova təbrik
Lent.az-ın məlumatına görə, flaqmanın prezidenti Sadıq Sadıqov əzəli rəqiblərinə təbriklərini çatdırmaqla yanaşı, qarşıdakı turnirlərdə uğurlar arzulayıb.
“AFFA və Peşəkar Futbol Liqasının rəhbərliyinin səyi nəticəsində Unibank Premyer Liqası və NBC Bank Azərbaycan Kuboku uğrunda yarışların səviyyəsi ildən-ilə artır. Ölkə futbolunda maraqlı idman mübarizəsi, inkişaf, əldə olunan uğurlar göz qabağındadır. Bu baxımdan, “Xəzər Lənkəran”ın ölkə futbolunun inkişafına verdiyi töhfə təqdirəlayiqdir. 2010/2011-ci il mövsümündə Premyer Liqada olduğu kimi, ölkə kubokunda da bir-birindən maraqlı matçlar izlədik. Finalda “İnter”ə qalib gələn “Xəzər Lənkəran” yarışın layiqli qalibi oldu. Bu münasibətlə “Xəzər Lənkəran” klubunun bütün kollektivini, o cümlədən fəxri prezident Mübariz Mənsimovu və prezident Mais Mənsimovu təbrik edirəm. Lənkəran təmsilçisinə Avroliqada uğurla çıxış etməyi, ölkəmizin idman şərəfini daha da yüksəklərə qaldırmağı arzulayıram”.
Qeyd edək ki, “Neftçi” klubu Unibank Premyer Liqasının qalibi olub.

Oxşar yazılar

Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19
7 ildən sonra Bundesliqaya qayıtdı
12 may 2025 , 10:42
“Dortmund” - “Bayer” oyununda 6 qol
12 may 2025 , 02:02
“El Klasiko”nun qalibi “Barselona” oldu
11 may 2025 , 20:25
“Qalatasaray” Trabzon səfərindən 3 xalla qayıdır
10 may 2025 , 22:12
"Misirin kəndindən gələn uşaq üçün..." - Salahdan "Qızıl top"la bağlı ETİRAF
10 may 2025 , 18:18
"Arsenal" 60 milyona yarımmüdafiəçi aldı
10 may 2025 , 14:21