Azərbaycan Kubokunda fərqlənənlər mükafatlandırıldı
Lent.az-ın məlumatına görə, tədbirdə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev və NBC Bankın İdarə Heyətinin sədr müavini Fuad Qənbərov iştirak edib.
Tədbirə kubok mübarizəsinin ən yaxşı futbolçusu seçilən Kamran Ağayev, ən məhsuldar hücumçu Uinston Parks (hər ikisi “Xəzər Lənkəran”), eləcə də ən gözəl qolun müəllifi Rəşad Məmmədov (“Rəvan”) da qatılıb.
Qənbərov ölkə kubokuna verdikləri dəstəyin Azərbaycan futbolunun 100 illik yubileyinə təsadüf etdiyini vurğulayıb. O, turnirin keyfiyyətindən, xüsusən, “İnter”lə “Xəzər Lənkəran” arasında mayın 24-də keçirilmiş final matçından razılıq ifadə edib. Bank rəsmisi bundan sonra idman və mədəniyyət tədbirlərinə dəstək verəcəklərini vurğulayıb.
Musayev isə Qənbərovun son fikirlərini təəccüblə qarşılayıb. “İdman və mədəniyyət tədbirlərinə dəstək verəcəyinizi deyirsiniz. Məgər Azərbaycan Kubokuna növbəti mövsümdə sponsorluq etməyəcəksiniz?” soruşan PFL prezidenti konkret cavab almayıb.
Qənbərov müzakirələrdən sonra qəti qərara gələcəklərini bildirib.
Bundan sonra Musayev ötən mövsüm haqda fikirlərini açıqlayıb. O, ölkə kubokunun finalının gərgin və maraqlı mübarizə şəraitində keçdiyini söyləyib: “Düzdür, “İnter”in oyunçuları Uinston Parksı çox vururdular. Amma bu, təbiidir. “Barselona”da da Lionel Messi oyun vaxtı ən çox zərbəyə məruz qalan futbolçudur”.
Musayev tədbirdə iştirak edən “Xəzər Lənkəran”ın futbolçusu Uinston Parksa Avropa Liqasında gözəl qollar vurmağı arzulayıb. PFL prezidenti Lənkəran komandasının heyətində Culius Vobayla Uinston Parksın oyunundan zövq aldığını da etiraf edib: “Çünki onlar bir-birini gözəl anlayırlar. Belə oyunçuların sayının çox olmasını arzulayıram”.
Bundan sonra fərqlənən futbolçuların mükafatlandırılma mərasimi keçirilib. Ramin Musayev Kamran Ağayevi “Bacısı oğlu” adlandırıb və “Təkcə Uinston Parksın oyununa görə “Xəzər Lənkəran”ı mükafatlandırmağı özümə borc bilirəm” deyib. O, Rəşad Məmmədovu ən gözəl qolu vurması və “Rəvan”ın Premyer Liqaya çıxması münasibətilə təbrik edib.
Qeyd edək ki, NBC Bank Azərbaycan Kubokunun qalibi adını finalda “İnter”i penaltilər seriyasında yenən “Xəzər Lənkəran” qazanıb.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

"İnter" “Fluminense”yə məğlub oldu
1 iyul 2025 , 01:31
3 güləşçimiz Avropa çempionatının finalında
30 iyun 2025 , 23:11
“Mən səni çox sevirəm” - Bellinqemin sevgilisindən doğum günü TƏBRİKİ
30 iyun 2025 , 19:46
Britaniyalı Emma Radukanu - Uimbldonun əsas ulduzlarından biridir
30 iyun 2025 , 18:19
Hazırda dünyanın ən yaxşı futbolçusu odur - YENİ SİYAHI
30 iyun 2025 , 15:56
Dünyanın ən çox qazanan 5 futbolçusu: Messi Ronaldodan uzaqdadır
30 iyun 2025 , 13:00
Premyer Liqada YENİLİK: futbolçular əvəzləndikdən dərhal sonra müsahibələr verəcək
30 iyun 2025 , 09:39