Ronaldu “Qızıl buts” qazandı
Lent.az-ın məlumatına görə, portuqaliyalı yarımmüdafiəçi La Liqada iştirak etdiyi 34 oyunda rekord sayda – 40 qol vurub.
O, 2007-2008-ci il mövsümündə İngiltərə “Mançester Yunayted”inin heyətində 31 dəfə fərqlənib. Ümumiyyətlə isə “Kral klubu”nda çıxış etdiyi son iki mövsümdə Ronaldu 63 oyunda 66 qola imza atıb. İkinci pillədəki Lionel Messi çempionatda bir ay ərzində qol vurmayıb.
“Lill”ə Fransa çempionluğu qazanmasında böyük köməyi dəyən Mussa Sou mövqeyini bir qədər də yaxşılaşdırıb. Aparıcı futbol birinciliklərindən yalnız Fransada çempionat davam edir. Lakin son turda çətin ki, Sou bombardirlər siyahısındakı ardıcıllığı dəyişə bilsin. İlk “10-luq”da Türkiyənin “Fənərbağça” klubunun futbolçusu Aleks de Souza da var.
“Qızıl buts” mükafatı uğrunda mübarizədə son vəziyyət:
1. Kriştianu Ronaldu (“Real Madrid”, İspaniya) - 40 x 2 = 80
2. Lionel Messi (“Barselona”, İspaniya) 31 x 2 = 62
3. Antonio Di Natale (“Udineze”, İtaliya) - 28 x 2 = 56
3. Mario Qomes (“Bavariya”, Almaniya) - 28 x 2 = 56
5. Edinson Kavani (“Napoli”, İtaliya) - 26 x 2 = 52
6. Demba Sisse (“Frayburq”, Almaniya) - 22 x 2 = 44
7. Mussa Sou (“Lill”, Fransa) - 21 x 2 = 42
Aleks de Souza (“Fənərbağça”, Türkiyə) - 28 x 1.5 = 42
Dimitar Berbatov (“Mançester Yunayted”, İngiltərə) - 21 x 2 = 42
Samüel Eto O (“İnter”, İtaliya) - 21 x 2 = 42
Kevin Qameyro (“Loryan”, Fransa) - 21 x 2 = 42
Karlos Teves (“Mançester Siti”) - 21 x 2 = 42
Qaydalara əsasən, Avropanın aparıcı çempionatlarında (İspaniya, İtaliya, Almaniya, Fransa və İngiltərə) vurulan qolun əmsalı 2-dir. Bu, “böyük beşliy”in digər ölkələrin çempionatlarından səviyyəsinin fərqlənməsi ilə bağlıdır.

718