Azərbaycan Kuboku Lənkərana getdi
Futbol üzrə NBC Bank Azərbaycan Kubokunun qalibi müəyyənləşib. Lent.az-ın məlumatına görə, finalda “İnter”i məğlub edən “Xəzər Lənkəran” klubu son 5 ildə 3-cü dəfə ölkə kubokuna sahib çıxıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşmanın taleyi penaltilər seriyasında həll olunub. Əsas vaxtda hesab açılmayıb. Hər biri 15 dəqiqədən ibarət iki hissəlik əlavə vaxtda komandalar hərəyə bir dəfə fərqləniblər. 93-cü dəqiqədə Uinston Parks “Xəzər Lənkəran”ı irəli çıxarıb. Lakin “İnter” çox keçmədən bərabərlik qolunu vurub: 100-cü dəqiqədə Girt Karlson fərqlənib.
Beləliklə, əlavə vaxtda da heç-heçə qeydə alınıb. Penaltilər seriyasında “Xəzər Lənkəran”dan Elnur Abdullayevin zərbəsi qapının xeyli üstündən keçib. “İnter”dən isə Branislav Çervenkanın zərbəsi qapı tirinə tuş gəlib, Arif Daşdəmirovun penaltisini isə Lənkəran komandasının qapıçısı Kamran Ağayev dəf edib. Beləliklə, ümumi nəticədə “Xəzər Lənkəran” 5:3 hesabı ilə qalib gəlib. Bununla da “İnter” Avropa kuboklarından kənarda qalıb. Əvəzində AZAL Unibank Premyer Liqasında 4-cü pillənin sahibi kimi Avropa Liqasına vəsiqə əldə edib. “Xəzər Lənkəran” kuboku qazandığı üçün Avropa Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Avroliqada I təsnifat mərhələsində AZAL-la yanaşı, “Qarabağ” da çıxış edəcək. Çempion “Neftçi” isə Çempionlar Liqasının II təsnifat mərhələsindən yarışacaq. Oyundan sonra AFFA prezidenti Rövnəq Abdullayev və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “İnter”ə gümüş medal, qaliblərə isə qızıl medal və kubok təqdim edib.
“Xəzər Lənkəran” mükafatlandırma mərasiminə qızılı rəngli formada çıxıb. Oyundan sonra keçirilən mətbuat konfransına isə Lənkəran komandasının baş məşqçisi Mirça Rednik və tərcüməçilər boyunlarında qızıl medalla gəliblər. Rednik özünü ən xoşbəxt insan saydığını bildirib: “Bu qədər əziyyətdən sonra əvvəlcə Premyer Liqanın gümüş medalını, sonra isə ölkə kubokunu qazandıq. Çox təəssüf ki, finalda “İnter”lə oynamalı olduq. Mənim bu komandaya hörmətim var. “İnter” yeganə komandadır ki, “Neftçi”yə qarşı layiqli mübarizə aparıb. Bu kuboku azarkeşlərimizə və klubumuzun rəhbərliyinə həsr edirəm”.
“İnter”in baş məşqçisi Kaxaber Tsxadadze “Xəzər Lənkəran”ı layiqli qələbə münasibətilə təbrik edib. Gürcüstanlı mütəxəssis Avropa kuboklarında ölkəmizi təmsil edəcək bütün klublara uğurlar arzulayıb. O, “İnter”in 3 ildən sonra qitə arenasına çıxa bilməməsinə təəssüfləndiyini bildirib. Tsxadadze mövsümü titulsuz başa vurmalarının klubdakı gələcək taleyinə nə dərəcədə təsir göstərəcəyi barədə konkret danışmaq istəməyib: “Final oyunu yenicə başa çatıb. Bu barədə əvvəlcə klub rəhbərliyi ilə danışmalıyam. Sonra isə qərar verəcəyəm”.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19
7 ildən sonra Bundesliqaya qayıtdı
12 may 2025 , 10:42
“Dortmund” - “Bayer” oyununda 6 qol
12 may 2025 , 02:02
“El Klasiko”nun qalibi “Barselona” oldu
11 may 2025 , 20:25
“Qalatasaray” Trabzon səfərindən 3 xalla qayıdır
10 may 2025 , 22:12
"Misirin kəndindən gələn uşaq üçün..." - Salahdan "Qızıl top"la bağlı ETİRAF
10 may 2025 , 18:18
"Arsenal" 60 milyona yarımmüdafiəçi aldı
10 may 2025 , 14:21