Aziz Yıldırım: “Onun gözü hara baxırsa, mən də ora baxıram” - MÜSAHİBƏ
Lent.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionuna “Palmali” Şirkətlər Qrupunun vitse-prezidenti və Beşiktaş” klubunun idarə heyətinin üzvü Ələddin Aykaçla birgə gələn Yıldırım matçı AFFA-nın prezidenti Rövnəq Abdullayevlə birgə seyr edib. Yıldırım jurnalistlərin suallarını da cavablandırıb:
- Hansı kluba azarkeşlik edirsiniz?
- Mən Ələddin bəyin qonağıyam. Onun gözü hara baxırsa, mən də ora baxıram.
- Ötən il də Azərbaycan Kubokunun finalını izləməyə gəlmişdiniz. Sizin Azərbaycan futboluna marağınız nə dərəcədədir?
- Bu, mənim marağımla deyil. Mənim yoldaşlarım, dostlarım var. Dostlarımın komandasının matçına onlarla bərabər gəldim.
- Adətən, “Xəzər Lənkəran”ın oyunlarını seyr etməyə klubun fəxri prezidenti Mübariz Mənsimovla birgə gəlirdiniz. Bu dəfə onun gələ bilməməyinin səbəbi nədir?
- Mübariz bəy gələ bilmədi. Əslində gəlməli idi. Lakin bu gün səhər işi çıxdı. Gələ bilmədi. Biz də Ələddin Aykaçla birgə gəldik.
- Azərbaycan futbolu barədə nə düşünürsünüz?
- Futbolunuz inkişaf edir. Yavaş-yavaş inkişaf etməkdə olduğunu görürük. İnşallah, daha yaxşı duruma gələcək.
- “Fənərbağça”nın gələcəkdə Azərbaycan komandaları ilə oyun keçirməsi mümkündür?
- Ola bilər. İndi mənim nə isə deməyim yanlış olardı. Arzu olunarsa, baxar, dəyərləndirərik.
- Azərbaycan yığması Türkiyə millisini məğlub edib. Bu haqda nə düşünürsünüz?
- Bu barədə nə isə deməyimə gərək yoxdur. Azərbaycanla Türkiyə iki qardaş ölkə, bir millətdirlər. Dəyərləndirmək lazımdır.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19
7 ildən sonra Bundesliqaya qayıtdı
12 may 2025 , 10:42
“Dortmund” - “Bayer” oyununda 6 qol
12 may 2025 , 02:02
“El Klasiko”nun qalibi “Barselona” oldu
11 may 2025 , 20:25
“Qalatasaray” Trabzon səfərindən 3 xalla qayıdır
10 may 2025 , 22:12
"Misirin kəndindən gələn uşaq üçün..." - Salahdan "Qızıl top"la bağlı ETİRAF
10 may 2025 , 18:18
"Arsenal" 60 milyona yarımmüdafiəçi aldı
10 may 2025 , 14:21