AFFA Blatteri FİFA-nın yeni prezidenti sayır?
Lent.az-ın məlumatına görə, qurumun rəsmi saytı iyunun 6-da Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə “Buta Palace”də keçiriləcək mərasimə Blatterin FİFA prezidenti kimi qatılacağını yazıb.
Halbuki isveçrəli qonaq öncə növbəti 4 il müddətinə keçiriləcək seçkidə rəqibi Məhəmməd bin Həmmama qalib gəlməyi bacarmalıdır. “Buta Palace”da saat 20:00-da başlanacaq tədbirə UEFA-nın prezidenti Mişel Platini, beynəlxalq futbol qurumlarının üzvü olan milli assosiasiyaların rəhbərliyi, ölkə futbol ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər. Mərasimdə 2012-ci ildə Azərbaycanda təşkil olunacaq 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının loqotipi də təqdim olunacaq.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Quliyev Lent.az-a açıqlamasında məsələni belə şərh edib: “Biz bu gün FİFA prezidenti Yozef Blatterdən məktub almışıq. Blatter yazıb ki, iyunun 6-da keçiriləcək mərasimdə mütləq iştirak edəcək. İyunun 1-də baş tutacaq FİFA prezidenti seçkisində Blatter qalib olmasa da, yenə tədbirimizə qatılacaq. Seçilməyəcəyi təqdirdə, onu FİFA-nın sabiq prezidenti kimi təqdim edəcəyik”.
Qeyd edək ki, bir müddət öncə UEFA prezidenti Mişel Platini Avropa futbol qurumuna üzv olan 53 ölkənin milli assosiasiyasına müraciət ünvanlayıb. Sənəddə üzv ölkələrdən FİFA prezidenti seçkisində Yozef Blatterə səs vermələri xahiş olunub.

Oxşar yazılar

"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19
7 ildən sonra Bundesliqaya qayıtdı
12 may 2025 , 10:42
“Dortmund” - “Bayer” oyununda 6 qol
12 may 2025 , 02:02
“El Klasiko”nun qalibi “Barselona” oldu
11 may 2025 , 20:25
“Qalatasaray” Trabzon səfərindən 3 xalla qayıdır
10 may 2025 , 22:12