Rayan Giqqz ailəsinə xəyanət edib - FOTO
Lent.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, 38 yaşlı yarımmüdafiəçinin “Böyük qardaş” şousunun ulduzu İmogen Tomasla sevgi macərası yaşadığı üzə çıxıb.
Halbuki bunadək hamı onu əla ailə başçısı kimi tanıyırdı. Giqqzin ailəsinə xəyanət etməsi barədə məlumatın yayımına məhkəmə qadağası olsa da, parlamentin iclasında deputat Con Hemminqs İmogenin sevgilisinin adını açıqlayıb: “Bunu “Twitter” istifadəçilərinin 75 faizi bilir. Ona görə də bu, sirr sayıla bilməz. İmogenin sevgilisi Giqqzdir”.
Xəyanətin üstü Rayan Giqqzin həyat yoldaşı Steysi Kuk, övladları Zak və Libbi ilə birgə çempionluğu bayram etməsindən bir sutka sonra açılıb. Məlum olub ki, “Mançester Yunayted”in ulduzu 6 ay ərzində İmogenlə bahalı otellərdən birində görüşüb. Agenti Giqqzin belə addım atmasına inanmadığını bildirib: “Bu, inanılmazdır, inana bilmərəm. O, ailəsini sevən insandır. Bilmirəm, nə deyim”.
İmogenin özü isə bu sevgi macərası barədə heç vaxt mətbuata danışmayıb. O, məşuqunu şantaj etmək fikrində olmadığını da vurğulayıb: “Sükutumu qorudum, indi isə məni çarəsiz qoymağa çalışırlar. Ədalət haradadır?”

579