Kaxaber Tsxadadze: “Xəzər Lənkəran”la final matçında qələbə “İnter” üçün ikiqat əhəmiyyətlidir”
Mayın 24-də keçiriləcək NBC Bank Azərbaycan Kubokunun final matçı öncəsi “İnter” klubunun baş məşqçisi Kaxaber Tsxadadze və komandanın kapitanı Vladimir Levin birgə mətbuat konfransı keçiriblər. Lent.az-ın verdiyi məlumata görə, Kaxaber Tsxabadze deyib ki, “Xəzər Lənkəran”la final matçında qələbə “İnter” üçün ikiqat əhəmiyyətlidir.
Baş məşqçi bildirib ki, indiyə qədər “İnter” komandası 3 dəfə Azərbaycan kubokunun finalında çıxış etsə də, kuboku qazana bilməyib. Digər tərəfdən, məhz sabahkı oyunda qələbə sayəsində komanda Avropa kuboklarına vəsiqə qazana bilər. Bu, Avropa kuboklarında çıxış etmək üçün yeganə şansdır.
Kaxaber Tsxadadze “Xəzər Lənkəran”la görüşdə penaltilər seriyasına hazır olduqlarını da dilə gətirib. Onun sözlərinə görə, 90 dəqiqəlik oyun matçın taleyini həll etməyə də bilər: “Buna görə əlavə vaxta və penaltilər seriyasına da hazır olmaq lazımdır. Bu baxımdan “İnter” penaltiyə tam hazırdır”.
Vladimir Levin isə “Xəzər Lənkəran”ın heyətində Uyinston Parksa qarşı oynamağın çətin olacağını etiraf edib. Lakin o hesab edir ki, kollektiv oyun göstərsələr, rəqibin istənilən oyunçusunun qarşısını almaq olar.
Elşən Məmmədov

Oxşar yazılar

Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06
Modriç “Real”da onu əvəz edə biləcək oyunçunu AÇIQLADI
11 iyul 2025 , 18:24
Yamaldan futbol tarixinin ən böyük oyunçusu ilə bağlı QƏTİ QƏRAR
11 iyul 2025 , 15:31
Con Terri futbol izləməyi dayandırıb, darıxdırıcı olduğu üçün
11 iyul 2025 , 12:21