Mübariz Mənsimovdan “Xəzər Lənkəran”a fantastik mükafat – EKSKLÜZİV
“Xəzər Lənkəran” futbol klubunun sahibi və fəxri prezidenti Mübariz Mənsimov mayın 24-də keçiriləcək NBC Bank Azərbaycan Kubokunun final matçında “İnter” üzərində qələbə qarşılığında fantastik məbləğdə mükafat vəd edib. Lent.az-ın Lənkəran klubuna yaxın mənbələrdən əldə etdiyi məlumata görə, Mənsimov “ağ-yaşıllar”ın qələbəsi üçün 500 000 dollar ayırıb.
Bu isə o deməkdir ki, “Xəzər Lənkəran” futbolçularının hərəsi bir oyundan 20 – 25 min dollar qazanmaq imkanına malikdirlər.
Mərkəzi ofisi Türkiyədə olan “Palmali” Şirkətlər Qrupunun sahibinin Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda iştirak edib-etməyəcəyinə isə hələ aydınlıq gəlməyib.
Qeyd edək ki, “Xəzər Lənkəran” qələbə qazansa, tarixində üçüncü dəfə Azərbaycan Kubokuna sahib çıxacaq. “İnter” isə tarixində ilk dəfə kuboku qazanmaq və bu yolla Avropa Liqasına vəsiqə üçün mübarizə aparacaq. Oyun saat 20:00-da başlanacaq.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06
Modriç “Real”da onu əvəz edə biləcək oyunçunu AÇIQLADI
11 iyul 2025 , 18:24
Yamaldan futbol tarixinin ən böyük oyunçusu ilə bağlı QƏTİ QƏRAR
11 iyul 2025 , 15:31
Con Terri futbol izləməyi dayandırıb, darıxdırıcı olduğu üçün
11 iyul 2025 , 12:21