Anna Kurnikova gombulların məşqçisi olacaq
Keçmiş tennisçi Anna Kurnikova ABŞ-ın “NBC” telekanalında yayımlanan “The Biggest Loser” adlı reality-şounun iştirakçılarının məşqçisi olacaq. Lent.az-ın “The Post Chronicle” nəşrinə istinadən verdiyi məlumata görə, Kurnikova diqqətini yeni işinə cəmləmək üçün Mayamidən çəkilişlərin aparılacağı Los-Anceles şəhərinə yollanacaq.
Realiti-şou sadə amerikalıların artıq çəkiyə qarşı mübarizəsinə həsr olunub. Hazırda “NBC”də proqramın 11-ci mövsümü yekunlaşır. Sonuncu buraxılış mayın 24-ə nəzərdə tutulub. Kurnikova bədən tərbiyəsi üzrə mütəxəssis Cillian Mayklsı əvəzləyəcək. Rusiyalı idmançının digər funksiyası şounun hakimlərindən biri olmaqdan ibarətdir. Qiymətləndirmə komissiyasına onunla birgə məşqçi Kara Kastronuva və fitnes üzrə ekspert həmkarı Brett Hebel daxil edilib.
Artıq Anna Kurnikovanın “The Biggest Loser”in iştirakçıları ilə iş təcrübəsi var. O, 2010-cu ildə proqramın epizodlarından birində arıqlayan iştirakçılara bir neçə məşğələ nümayiş etdirib. Bu realiti-şou ABŞ-da ilk dəfə ekranlara 2004-cü ildə çıxıb. Tezliklə proqramın Avropa və Asiyada da öz versiyaları nümayiş etdirilib. Proqram ərzində arıqlamaq üçün ən yaxşı nəticələr göstərən, yəni, daha çox artıq çəki salan şəxs şounun qalibi sayılır.

799