AFFA Jabanın oynamasına qadağa qoydu
Lent.az-ın məlumatına görə, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Qərarda bildirilir ki, mayın 17-də FİFA tərəfindən AFFA-ya ünvanlanmış 100094 saylı məktubda “Bakı”nın futbolçusu Jabanın Braziliyanın “İtuano Sociedades de Futebol” klubuna olan borcunun faiz hissəsinin ödənilmədiyi göstərilib. Futbolçunun kluba olan borcu (45 545 ABŞ dolları) “Bakı” klubu tərəfindən ödənilsə də, həmin məbləğin faizləri ödənilməyib (27 dekabr 2009-cu ildən 26 noyabr 2010-cu ilədək ümumi məbləğin 5 %-i hesablanır).
Bununla yanaşı, futbolçu 10 mart 2008-ci il tarixli İdman Arbitraj Məhkəməsinin qərarına əsasən, “İtuano Sociedades de Futebol” klubunun arbitraj xərclərini də qarşılamalıdır (arbitraj xərcləri: 8648 İsveçrə frankıdır). FİFA tərəfindən ödəmənin son tarixi kimi 25 may 2011-ci il göstərilib.
Ümumi məbləğ ödənildikdən sonra futbolçu barəsində çıxarılan qərar qüvvədən düşəcək.

Oxşar yazılar

"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19
7 ildən sonra Bundesliqaya qayıtdı
12 may 2025 , 10:42
“Dortmund” - “Bayer” oyununda 6 qol
12 may 2025 , 02:02
“El Klasiko”nun qalibi “Barselona” oldu
11 may 2025 , 20:25
“Qalatasaray” Trabzon səfərindən 3 xalla qayıdır
10 may 2025 , 22:12