
Anatoli Karpov 60 yaşında
O, 16 il – 1975–1985 və 1993–1999-cu illərdə dünya çempionu adını daşıyıb. Gələcək dünya çempionuna şahmatı 5 yaşında ikən atası öyrədib. 14 yaşında SSRİ idman ustası adını alan Karpov 1969-cu ildə yeniyetmələr arasında dünya çempionu, 1970-ci ildə SSRİ çempionu olub, qrossmeyster adını alıb. Məşhur şahmatçı 1974-cü ildə iddiaçıların turnirini qələbə ilə başa vuraraq, Bobbi Fişerlə dünya çempionluğu uğrunda görüşə hazırlaşıb. Lakin Fişer Beynəlxalq Şahmat Federasiyası (FİDE) ilə danışıqlardan sonra 1975-ci ildə bu görüşdən imtina edib. Nəticədə Karpov 12-ci dünya çempionu elan olunub. O, 1985-ci ildə Harri Kasparova uduzaraq, titulunu itirib. O, 1976, 1983 və 1988-ci illərdə SSRİ çempionu da olub.
Hazırda Anatoli Karpov Dünya Fonduna rəhbərlik edir. FİDE-nin Beynəlxalq Olimpiya Komitəsi və UNESCO-da səfiridir, uşaq şahmatına diqqət ayırmaqla bütün dünyada bu idman növünü fəal təbliğ edir.
Hazırda Anatoli Karpov Dünya Fonduna rəhbərlik edir. FİDE-nin Beynəlxalq Olimpiya Komitəsi və UNESCO-da səfiridir, uşaq şahmatına diqqət ayırmaqla bütün dünyada bu idman növünü fəal təbliğ edir.
Oxşar yazılar

"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19
7 ildən sonra Bundesliqaya qayıtdı
12 may 2025 , 10:42
“Dortmund” - “Bayer” oyununda 6 qol
12 may 2025 , 02:02
“El Klasiko”nun qalibi “Barselona” oldu
11 may 2025 , 20:25
“Qalatasaray” Trabzon səfərindən 3 xalla qayıdır
10 may 2025 , 22:12