FİFA rəsmiləri stadionlarımızı yoxladı - FOTO
Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 6 günlük səfər proqramı çərçivəsində FİFA nümayəndələri 2012-ci ildə ölkəmizdə təşkil olunacaq 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatında istifadəsi nəzərdə tutulan stadionların və məşq meydançalarının inspeksiyasını keçiriblər.
Təbii ot örtüklü meydançalardan torpaq və ot nümunələri götürülüb. Həmçinin istifadə olunan avadanlıqlara baxış keçirilib. Aparılan testlər və analizlərə əsasən, Bakıda keçiriləcək 17 yaşadək qızlar arasında 2012-ci il dünya çempionatında istifadə ediləcək stadion və məşq meydançalarının hər birinə yaxşı qulluq olunmasına dair xüsusi təlimatlar hazırlanacaq.
Qeyd edək ki, oktyabrda Bakıda FİFA mütəxəssislərinin iştirakı ilə stadionların ot örtüyünə qulluq edən şəxslər üçün nəzəri-praktiki seminarın təşkili nəzərdə tutulub.

Oxşar yazılar

“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22
“Çelsi”yə kuboku Tramp təqdim etdi
14 iyul 2025 , 02:04