“Xəzər Lənkəran”dan növbəti bəyanat
Lent.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, 1:1 hesabı ilə başa çatan oyundan sonra polis əməkdaşları və “Xəzər Lənkəran” azarkeşləri arasında baş verən xoşagəlməz hallar klubun diqqətindən kənarda qalmayıb.
Həmin olaylardan sonra “Xəzər Lənkəran” rəhbərliyi və Daxili İşlər Nazirliyinin səlahiyyətli şəxsləri arasında görüş keçirilib və baş verənlər müzakirə edilib. Klub rəhbərliyi polis əməkdaşlarının tətbiq etdiyi qeyri-adekvat güc tədbirləri ilə bağlı öz narahatlığını bildirib və belə halların təkrar olunmamasına ümidvar olduğunu ifadə edib. Öz növbəsində qarşı tərəf gələcəkdə belə insidentlərin yaşanmaması üçün polisin daha diqqətli olacağını vəd edib.
“Klub olaraq bəyan edirik ki, “Xəzər Lənkəran” polis orqanları ilə heç bir zaman heç bir problem yaşamayıb və gələcəkdə də hər hansı problemin yaşanmaması üçün öz səlahiyyətləri daxilində tam gücü ilə çalışacaq. Son oyundakı insidentlər isə ayrı-ayrı şəxslərin təxribatı nəticəsində meydana gəlib və istər klub rəhbərliyi, istər polis orqanları bunlarda maraqlı ola bilməz” - deyə, sənəddə qeyd olunub.
“Xəzər Lənkəran” gələcəkdə bu cür hallara yol verilməyəcəyinə və səfər oyunları zamanı qanun keşikçiləri tərəfindən klubun azarkeşlərinin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunacağına ümid edir.

753