Fransa çempionu məlum oldu
23 may 2011 13:10 (UTC +04:00)

Fransa çempionu məlum oldu

Lent.az-ın məlumatına görə, 37-ci turda səfərdə PSJ ilə 2:2 hesablı heç-heçə edən “Lill” tarixində 3-cü dəfə ölkə çempionu olub.

Sona bir tur qalmış xallarını 73-ə çatdıran “Lill” ən yaxın izləyicisi “Marsel”i 6 xal geridə qoyub. Əvvəllər bu komanda 1945-1946 və 1953-1954-cü il mövsümlərində qızıl medala yiyələnib. Gümüş medalı isə elə “Marsel” təmin edib. Bürünc medalın taleyinə son turda aydınlıq gələcək. Bu, ya “Lion”, ya da PSJ olacaq.


PSJ – “Lill” - 2:2
“Renn” – “Nansi” - 0:2
“Soşo” – “Sent-Etyen” - 2:1
“Tuluza” – “Bordo” - 2:0
“Nitsa” – “Loryan” - 2:0
“Monpelye” – “Monako” - 0:1
“Marsel” – “Valansyen” - 2:2
“Lion” – “Kan” - 0:0
“Lans” – “Arl-Avinyon” - 0:1
“Oser” – “Brest” - 0:1

1. “Lill” – 73 xal
2. “Marsel” – 67
3. “Lion” – 61
4. PSJ – 59
5. “Renn” – 56
6. “Soşo” – 55
7. “Loryan” – 49
8. “Sent-Etyen” – 48
9. “Bordo” – 48
10. “Tuluza” – 47
11. “Monpelye” – 47
12. “Oser” – 46
13. “Brest” – 46
14. “Nitsa” – 46
15. “Valansyen” – 45
16. “Kan” – 45
17. “Nansi” – 45
18. “Monako” – 44
19. “Lans” – 35
20. “Arl-Avinyon” – 20.

Bombardir: Mussa Sou (“Lill”) – 22 qol.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 611

Oxşar yazılar