Qobustanda sürətli qayayadırmanma təşkil olunacaq
Lent.az-ın məlumatına görə, çempionat Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX), Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunub.
Yarışda FAIREX-in “Salavat”, “Zirvə”, “A+A", "Ekosport", “Climb-club”, Azərbaycan Turizm İnstitutunun “AMEAST”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “AzDBTİA”, “Qərb Universitetinin idman klubu”nun, o cümlədən digər qurumların idmançıları iştirak edir. 60 nəfərdən çox idmançının, 20 hakimin qatıldığı yarış kişilər və qadınlar arasında iki mərhələdə (mürəkkəblik və boulderinq) keçirilir.
İdmançılar əvvəlcə təsnifat, daha sonra 1/8, 1/4, 1/2 və final yarışlarında birinci yer uğrunda mübarizə aparacaqlar.
Federasiyanın vitse-prezidentiu Sarvan Rəsulov jurnalistlərə bildirib ki, yarışın sonunda Qobustan qayalıqlarında sürət mərhələsi təşkil olunacaq. Onun sözlərinə görə, distansiya və marşrutların təşkili üçün IFSC-nin (Beynəlxalq İdman Qayayadırmanma Federasiyası) tövsiyəsi ilə FAIREX tərəfindən Türkiyədən və ABŞ-dan beynəlxalq dərəcəli mütəxəssislər dəvət olunub.
“Ölkəmizdə bilavasitə FAIREX-in təşkilatçılığı ilə belə yarışların keçirilməsi artıq ənənəvi xarakter alıb. Bu cür yarışlar gələcəkdə idmançılarımızın qayayadırmanma texnikasını təkmilləşdirməyə, müxtəlif ölkələrin bu sahədə təcrübələrini öyrənməyə, eyni zamanda beynəlxalq alpinizm, qayayadırmanma və buzadırmanma təşkilatları ilə Federasiyanın əlaqələrinin daha da genişləndirilməsinə xidmət edir” - deyə, S.Rəsulov vurğulayıb.
Qeyd edək ki, çempionatın baş hakimi alpinist idman ustası Rasim Paşayevdir.
Mübariz Aslanov

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19