Hiddink PSV-də
Lent.az-ın məlumatına görə, bu barədə PSV rəsmisi Tini Sanders açıqlama verib.
Sanders bildirib ki, Hiddinkin Amsterdamdakı evində 3 saatadək davam edən danışıqların yekunu olaraq, önəmli qərarlar qəbul edilib. O, qərarları tam açıqlamasa da, hollandiyalı mütəxəssisin kluba kömək edəcəyinə şifahi razı olub. PSV rəsmisi bunu da özləri üçün böyük uğur sayıb.
Hiddink klubun idarə heyətinə tövsiyələr verəcək. Bununla da 61 yaşlı mütəxəssis PSV-nin yenidən formalaşması üçün əhəmiyyətli qərarların verilməsində böyük rol oynayacaq. Baş məşqçi postunda isə dəyişiklik edilməyəcək. Artıq Fred Rüttenin bu vəzifədə qalacağı açıqlanıb.
Qeyd edək ki, Qus Hiddink 1987 - 1990 və 2002 – 2006-cı illərdə PSV-nin baş məşqçisi olub. Onun rəhbərliyi altında Eyndhoven komandası 6 dəfə Hollandiya çempionu olub.

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19